Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Meşədə ərini qətlə yetirən qadın və daha 2 nəfər tutulub
Tarix: 15.10.2018 | Saat: 13:20:00
Bölmə:Hadisə | çapa göndər

Cari il iyunun 29-da Lerik-Yardımlı yolunun 1-ci kilometrliyində meşə zolağında Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətləri olan meyitinin “UAZ-469B” markalı avtomobilinin yaxınlığında tapılması barədə məlumat daxil olub.

DİN-dən hafta.az-a verilən məlumata görə, bununla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Araşdırmalar zamanı M.Ağayevin sinəsindən aldığı ağır xəsarətlər nəticəsində öldüyü məlum olub. Məhkəmə tibbi ekspertizasının rəyində də onun döş qəfəsindən daxilə nüfuz edən 3 bıçaq zərbəsi aldığı qeyd olunub.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən M.Ağayevin arvadı Nailə Ağayeva, Lerik rayon sakini Aqil Baxşıyev və Bakı şəhər sakini Vəfalı Əliyev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018
12.11.2018