Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“15 ildə Azərbaycan iqtisadiyyatı artım tendensiyasını qoruyub saxlayıb” – Vüqar Bayramov
Tarix: 15.10.2018 | Saat: 12:53:00
Bölmə:İqtisadiyyat | çapa göndər

“İlk növbədə nəzərə almalıyıq ki, son 15 il Azərbaycan iqtisadiyyatı üçün vacib dövr idi. İqtisadiyyatımızın inkişafı baxımından son 15 ili üç mərhələyə bölsək, birinci mərhələni infrostrukturun formalaşması dövrü kimi xarakterizə etmək olar. İlham Əliyev ölkə prezidenti seçiləndən sonra ilk olaraq diqqəti xarici və daxili sərmayələr üçün münbit şəraitin daha da artırılmasına yönəltdi. Bu müddət ərzində infrastrukturun formalaşdırılması üçün həm paytaxtı, həm də regionları əhatə edən layihələr həyata keçirdi”.

Bunu hafta.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. İqtisadçı ekspertin sözlərinə görə, bu ərəfədə “Regionların sosial-iqtisadi inkişafı” proqramı çərçivəsibndə həm paytaxtda, həm də regionlarda sosial - iqtisadi infrastrukturun formalaşdırılmasına nail olundu. Bu birinci mərhələdə baş verdi: “İkinci mərhələ artıq formalaşmış infrastrukturun dəyərə çevrilməsi dönəmi idi. Bu mərhələ dəyər zəncirinə uyğun olaraq, Azərbaycanda qeyri-neft sektorunun inkişafı və ölkəmizin ixrac imkanlarının artırılması fonunda baş verdi. Nəticə etibarı ilə Azərbaycan iqtisadiyyatı infrastrukturun dəyər zəncirinə çevrilmə mərhələsinə qədəm qoydu. Üçüncü mərhələnin başlanğıcı neftin dünya bazar qiymətlərinin aşağı düşməsi dönəminə təsadüf etdi. Bu mərhələ Azərbaycanda dərinləşmiş iqtisadi islahatların aparılması mərhələsi kimi yadda qaldı”.

Ekspert bildirib ki, 2014-cü ildən başlayaraq respublikamızda dərinləşmiş iqtisadi islahatlar aparılmağa başladı. Bu da nəticə etibari ilə 2017-ci ildən yenidən iqtisadi stabilliyə gətirib çıxardı: “2018-ci ildə isə növbəti illərdə sürətli iqtisadi artım üçün baza formalaşdı. Sözügedən dövrdə ölkə iqtisadiyyatı 3,6 dəfə böyüdü. İqtisadi göstəricilərə əsasən sərmayələrin həcmi 340 milyard dollara çatdı. Son 15 ildə Azərbaycan iqtisadiyyatı artım tendensiyasını qoruyub saxlayıb. Bu baxımdan hər üç mərhələdə aparılan iqtisadi siyasət bütövlükdə dayanıqlı və inkluziv iqtisadi sistemin formalaşmasına xidmət edir. Əsas faktorlardan biri ondan ibarətdir ki, 15 ildə formalaşmış iqtisadiyyat və xüsussən də son illərdə aparılan dərinləşmiş xüsusi islahatlar növbəti illər üçün həm Azərbaycan höküməti, həm də beynəlxalq maliyyə qurumları tərəfindən sürətli iqtisadi artım proqnozlarının verilməsinə zəmin yaradır. Məhz bu səbəbdən də formalaşmış iqtisadiyyat növbəti illərdə Azərbaycan iqtisadiyyatındakı artım tempinin qorunub saxlanması üçün bir baza formalaşdırıb”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.11.2018
17.11.2018