Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dini mərasimlər dini siyasiləşdirmək üçün alətə çevrilməməlidir - PA rəsmisi
Tarix: 15.10.2018 | Saat: 14:15:00
Bölmə:Siyasət | çapa göndər

Dini mərasimlər dini siyasiləşdirmək üçün alətə çevrilməməlidir.

Hafta.az trend istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə "Dini mərasimlər: tarix, ənənə və hüquq" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

A.Əlizadə qeyd edib ki, dini mərasimlər qrup halında, kütləvi şəkildə icra olunur: "Dini mərasimlər kütlələr üzərində böyük psixoloji təsir qüvvəsinə malikdir. Dini mərasimlər zamanı insanların sosial statusu unudulur, hər təbəqədən insanlar bir-birinə yaxınlaşır. Çünki dini mərasimlər ictimai həyatın ayrılmaz tərkib hissəsini təşkil edir".

PA rəsmisi bildirib ki, dini mərasimlərin siyasi-hüquqi tərəfinə gəlincə, Azərbaycanda dövlət-din münasibətləri dünyəvi prinsiplər əsasında qurulub:

"Dini mənsubiyyətindən asılı olmayaraq dini ayinlərin, mərasimlərin icrasında hər kəs üçün azad və bərabər şərait yaradılıb. Yəni ölkədə dini etiqad azadlığı tam təmin olunub. Amma bu o demək deyil ki, dini mərasimlərin keçirilməsi zamanı hüquqi qaydalara, ictimai normalara riayət olunmamalıdır. Ona görə də dini mərasimlər ictimai asayişi pozmadan icra olunmalıdır. Heç kəs dini mərasimləri yerinə yetirməyə və dini mərasimlərdə iştirak etməyə məcbur edilməməlidir".

A.Əlizadə əlavə edib ki, mərasimlər dini siyasiləşdirmək üçün alətə çevrilməməlidir:

"Təəssüf ki, xarici dairələr tərəfindən idarə olunan və İslam adı altında hərəkət edən bəzi radikal qruplaşmalar dini mərasimləri siyasi şüarlar səsləndirmək vasitəsinə çeviriblər. Dini mərasimləri yerinə yetirərkən ifrat hərəkətlərə, zarafata yol verilməməlidir. Lakin belə neqativ sosial təzahürlər, mənfi hallar inzibati yollarla deyil, daha çox müntəzəm maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə aradan qaldırılmalıdır".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018
12.11.2018