Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“İlham Əliyevin prezident seçilməsi ilə Azərbaycan keyfiyyətcə yeni mərhələyə qədəm qoydu” – Bəhruz Quliyev
Tarix: 15.10.2018 | Saat: 15:29:00
Bölmə:Siyasət | çapa göndər

“Yadınızdadırsa, 2003-cü ildə ulu öndərimiz səhhəti ilə əlaqədar olaraq xalqa müraciət etdi. O, xalqa müraciətində İlham Əliyevin arxasında durmağı istədi və onun başa çatdıra bilməyəcəyi işləri davamçısının sona yetirəcəyindən əminliyini diqqətə çatdırdı. Həmin ifadə belə idi: “Mənim görəcəyim, başa çatdıra bilmədiyim işlər hələ çoxdur. Əminəm ki, İlham Əliyev mənim başladığım işləri sona çatdıracaq. Ona özüm qədər inanıram”. Bu ifadə cənab İlham Əliyevin xalqa lider kimi təqdim olunmasının bir göstəricisi idi”.

Bunu hafta.az-a açıqlamasında siyasi ekspert Bəhruz Quliyev deyib. Ekspertin sözlərinə görə, İlham Əliyev prezident seçilənə qədər də mühüm fəaliyyətlə məşğul idi. Prezidentlik dövrünə qədər o, Milli Olimpiya Komitəsinin rəhbəri kimi, baş nazir kimi fəaliyyət göstərmişdi. Hətta parlamentin üzvü kimi AŞPA-da Azərbaycan nümayəndə heyətinə rəhbərlik etmişdi: “Cənab prezident İlham Əliyev həmin dövrə qədər özünü bir lider kimi təsdiq etmişdi. Buna baxmayaraq, tərəddüd edənlər də var idi. Görəsən, İlham Əliyev prezident kimi dövləti idarə edə biləcəkmi? – deyə düşünənlər də mövcud idi. Amma cənab prezident hakimiyyətə gəldikdən sonra nəinki ulu öndərimizin başladığı yolu məharətlə davam etdirdi, eyni zamanda, qlobal dünyanın çağırışlarına cavab verən bir dövlət modeli yaratdı. Yəni, Azərbaycan keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu. Sözün əsl mənasında həm daxili, həm də xarici siyasətdə yeni bir mərhələ başladı. Həm qanunlar bazasının, həm də cəmiyyətin formalaşmasında yeni mərhələyə qədəm qoyduq. İlham Əliyev andiçmə mərasimində qeyd elədi ki, mən hər bir vətəndaşın prezidenti olacağam. Sözün əsl mənasında bu gün ölkə başçımız hər bir vətəndaşın prezidentidir. Ona görə də dövlətin apardığı siyasətin mərkəzində insan, vətəndaş amili dayanır”.

Bəhruz Quliyevin fikrincə, görülən işlərin – sosial, iqtisadi, kənd təsərrüfatı siyasətinin arxasında yalnız vətəndaşın rifahı, dövlətin güclənməsi, xalqın tərəqqisi dayanır: “Son 15 il ərzində görülən işlər barədə saatlarla danışmaq olar. Sosial, iqtisadi, idman, mədəniyyət sahələrində son 15 ildə nə qədər işlər görülüb. Ulu öndərin hakimiyyətə gəldiyi dövrlə son on beş ili üst-üstə gəlsək 25 il edir. Bu gün 25 yaşında gənc Azərbaycanın bayrağını müxtəlif beynəlxalq tədbirlərdə qaldıra bilirsə, elm ocaqlarında və yaxud elmi müzakirələrdə, araşdırmalarda gənc bir alim dünayaya meydan oxuya bilirsə, Azərbaycanı tanıda bilirsə, Azərbaycan adı çəkiləndə fəxarət hissi keçirirsə, bu 25 illik siyasətin uğurudur. Mən xarici ölkələrə səfərə gedəndə azərbaycanlı olmağımla qürur duyuram. Ulu öndərimiz deyirdi ki, hər kəsin milli mənsubiyyəti onun qürur mənbəyidir, mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Sözün əsl mənasında, bu gün biz azərbaycanlı olmağımızla xaricdə öyünə biliriksə, bu Azərbaycanımızın dünyada öz yerini müəyyənləşdirməsidir”.

Siyasi ekspert bildirib ki, iki il əvvəki aprel hadisələri, sonra Naxçıvanda ordumuzun mövqelərini bərkitmə prosesi ermənilərə gücümüzü göstərdi. Hazırda ordu quruculuğu prosesi çox yüksək səviyyədə gedir. O cümlədən, xarici siyasətdə çox böyük uğurlarımız var. Azərbaycan artıq regionun söz sahibinə çevrilib. İkitərəfli, üçtərəfli, çoxtərəfli danışıqlarda Azərbaycanın iştirakı faktdır, bir çox layihələrdə ölkəmizin təşəbbüskar və təşkilatçı kimi çıxış edir: “Cənub Qaz Dəhlizi layihəsi, BTC, Bakı-Tiflis-Qars dəmir yolu layihələrdə Azərbaycan artıq lider dövlət kimi iştirak edir. Bütün bunlar göstərir ki, ölkəmizin regionla bağlı siyasətində də çox böyük işlər aparılıb. Azərbaycan faktiki olaraq yeni-yeni modellərlə çıxış edir. Nəinki qeyri-neft sektorunun inkişafı, eyni zamanda, əqli məhsulların dünyaya ixrac olunmasında Azərbaycan böyük bir yol keçib. Son on beş ildə Azərbaycan həm daxili, həm də xarici siyasətdə çox böyük işlər görüb. İnsan hüquqlarının qorunmasında, söz və mətbuat azadlığının, ictimai insitutların formalaşmasında, daxili iqtisadi və sosial siyasətdə də ölkəmiz çox böyük uğurlara imza atıb. Bu gün dünyada Azərbaycan kosmik ölkə kimi tanınır. Artıq 3 peykimiz kosmosa göndərilib. Dünyanın kosmik sənaye ölkələri sırasına daxil olmuşuq. Hesab edirəm ki, cənab prezident Azərbaycan dövlətçiliyinin güclənməsində, xalqımızın maraqlarının qorunmasında, onun ifadə olunmasında çox böyük işlər görüb. Bunun nəticəsidir ki, cənab prezidentin arxasında xalq dayanıb. Ölkə başçısı da dəfələrlə çıxışlarında qeyd edib ki, o da xalqa güvənir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018