Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Son 15 ildə Azərbaycan Qərb və Şərq üçün ən etibarlı strateji tərəfdaşa çevrilib” – Fikrət Yusifov
Tarix: 15.10.2018 | Saat: 16:03:00
Bölmə:Siyasət | çapa göndər

“Son 15 il ərzində Azərbaycanı tək Cənubi Qafqazda deyil, Qərblə Şərqin, Şimalla Cənubun qovuşduğu böyük bir regionda ən nüfuzlu bir dövlətə çevirə bilib. Bu gün Azərbaycan güclü iqtisadiyyata, kifayət qədər dayanaqlı sosial duruma malik dövlət kimi vaxtılə bir məkanda olduğu ölkələrin çoxlarına nümunədir”.

Bunu hafta.az-a açıqlamasında keçmiş maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov deyib. Fikrət Yusifovun sözlərinə görə, bu illər ərzində İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə aparılan islahatlar ölkə həyatının elə bir sahəsi yoxdur ki, onu əhatə etməsin: “Prezidentin iradəsi ilə ərsəyə gələn və bütün dünyanın diqqət mərkəzində olan ən böyük transmilli layihələrdən biri də “Cənub” qaz dəhlizi layihəsidir. Layihənin reallaşdırılması ilə bağlı yaradılan çətinliklərə və təzyiqlərə baxmayaraq Azərbaycan tərəf bütün məsuliyyəti öz üzərinə götürərək 11 şirkətin, yeddi hökumətin və 11 topdan qaz alıcısının sıx əməkdaşlığını təmin edə bildi. Bütün bu görülən işlər və əldə olunan yüksək nəticələr hesabına indi Azərbaycan həm Qərb, həm də Şərq üçün, sözün əsl mənasında ən etibarlı strateji tərəfdaşa çevrilib. Müasir və multikultural dəyərləri ilə dünyəvi bir dövlətə çevrilmiş gənc Azərbaycan Respublikasının qısa bir zamanda əldə etdiyi bu uğurlar, heç şübhəsiz, ölkə Prezidenti cənab İlham Əliyevin gərgin əməyinin məntiqi nəticəsidir”.

Fikrət Yusifovun fikrincə 15 il ərzində görülən bu nəhəng quruculuq işləri ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı insanlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına kifayət qədər müsbət təsir edə bildi: “Bu illər ərzində iki milyona qədər yeni iş yerləri açıldı. Bu gün götürülən kurs davam edir. Azərbaycan iqtisadiyyatı növbəti illərdə daha da sürətlə inkişaf edəcəkdir. Bu gün Azərbaycan hökuməti ölkənin bütün regionlarında istehsal və emal müəssisələrinin qurulması və yeni iş yerlərinin açılmasını nəzərdə tutan sənaye zonalarının, aqroparkların yaradılmasını hədəfləyir. Bu məqsədlə regionların sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramının qəbul edilməsi nəzərdə tutulur”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018