Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Məscidlərin qarşısında nəzir terminalları quraşdırıldı- GÜNÜN TƏZADLARI
Tarix: 15.10.2018 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Hər bir məscidin qarşısında insanların sədəqə ödəməsi üçün terminalların quraşdırılmasına başlanıldı. Hafta.az Moderator.az-a istinadla yazır ki, bu haqda Qazaxıstanın “KTK” kanalı xəbər yayıb. Söhbət ölkənin Aktobe şəhərindən gedir. Şəhərin baş məscidinin önündə sədəqə və nəzirlərin qəbul edilməsi üçün ödəniş terminalı quraşdırılıb. Telekanalın verdiyi xəbərə görə, indiyədək girişin qarşısında yalnız bir elektron terminal qoyulub. Cihaz ödənilən məbləğin xüsusi hesaba köçdüyü haqqında pul qəbzi verir ki, bu da audit komissiyası üzvləri tərəfindən ciddi şəkildə nəzarətdə saxlanılır. Təbii ki, bu prosesə elektron sistem vasitəsilə dövlətin vergi və digər orqanları tərəfindən ciddi nəzarət edilir. Əgər vətəndaşlara bu şəkildə sədəqə vermək xoş gələcəksə, nəzir terminallarının sayı artırılacaq.


Ukrayna erməniləri Tərtərin kəndinə yardım gətirdi


Ukraynanın bir neçə erməni icmasının nümayəndələri Azərbaycanın dövlət sərhədini pozaraq, işğal altındakı torpaqlarımıza gəldilər. Hafta.az xəbər verir ki, bu barədə Ukrayna mediası da məlumat yayıb. Kiyev erməni icmasının sədri Norik Gevorkyanın başçılıq etdiyi heyətə Ukrayna Erməniləri İttifaqının nümayəndələri – Lvov icmasından Avetis Saracyan, Xmelnitski icmasından Suren Avakyan və Sum icmasından Alik Saturyan da qatılıblar. Ermənilər Tərtər rayonunun 26-cı ildir, işğal altında qalan və “Aknaberd” adlandırılmış Umudlu kəndinə baş çəkiblər. Kiyev erməni icması adından kənddəki erməni məktəbi və uşaq bağçasına noutbuklar, skanerlər, printerlər və digər vacib texniki vasitələr, eləcə də hər bir şagird üçün dəftərxana ləvazimatı dəsti hədiyyə edilib.
Xəbərdə xatırladılır ki, 2017-ci ildə Ukrayna Erməniləri İttifaqının sədri Volen Şatvoryanın təşəbbüsü ilə Aprel döyüşləri zamanı Azərbaycan torpaqlarında gəbərmiş 40 işğalçı əsgərin ailəsinə humanitar yardım çatdırılıb.


“İnstagram”da 1 000 dollara uşaq satan şəbəkə yaxalandı


İndoneziya polisi şəkil paylaşım sosial platformu olan “İnstagram”da 1 000 dollara uşaq satan şəbəkənin üç üzvü və bir müştərini yaxalamağa nail oldu. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, Yava polis nümayəndəsi Frans Braunq Mangeranın sözlərinə görə, polis tərəfindən idarəyə gətirilən şəbəkə üzvlərinin İnstaqram hesabının sahibi 29 yaşlı bir kişi, şəkilləri sosial şəbəkəyə yerləşdirən 22 yaşlı qadın və bir dayə imiş. Bu şəxsləri İndoneziya qanunlarına əsasən, 15 ilə qədər həbs gözləyəcəyi bildirilir.
Polisin əldə etdiyi məlumata görə, şəbəkə üzvləri bağlanılan “İnstagram” hesablarında daha çox gənc və evlənməmiş hamilə qalan qadınlara yardım məqsədli məsləhətlər vermək və ya ailə problemlərinin həlli yönündə xidmətlər təklif olunurmuş.
15 sentyabrda “İnstagram” hesablarındakı son paylaşımda “C86” adlı uşağın şəklini paylaşaraq məlumat bölməsində “Bir aylıq yavalı müsəlman uşağıdır”, – qeydini qoyaraq, maraqlananlar üçün “vatsap” nömrələrini də yazıblar.


111 min nəfər içməli sudan zəhərləndi


İraqın Bəsrə şəhərində içməli sudan zəhərlənənlərin sayı 111 min nəfərə çatdı. Hafta.az-ın “Dəyərlər”ə istinadla verdiyi xəbərə görə, bu barədə "Al-Sumaria" nəşrinə BMT-nin İnsan Haqları üzrə Ali Komissarının Bəsrədəki ofisinin direktoru Mehdi ət-Tamimi bildirib. "Çirkli sudan zəhərlənənlərin sayı 111 min nəfərə çatıb", – deyə ət-Tamimi qeyd edib. O, əlavə edib ki, sudan zəhərlənmə halları məktəblilər arasında da mövcuddur. Qeyd edək ki, ötən ay İraqda 27 minə yaxın insanın sudan zəhərləndiyi bildirilirdi. Zəhərlənməyə içməli suyun çirklənməsi səbəb olub.


Kenquru 3 adamı döydü


Avstraliyanın Kvinslend ştatında kenquru üç nəfərdən ibarət ailəni döydü. Hafta.az-ın yazdığına görə, Oxu.Az “Sydney Morning Herald”a istinadla xəbər verir ki, döyülənlərdən 2-si xəstəxanaya yerləşdirilib. Zərərçəkən Linda Smit tibb işçilərinə bildirib ki, həyat yoldaşı ilə vəhşi təbiətdə yaşayan kenqurulara qayğı göstərir. Bu dəfə də Lindanın həyat yoldaşı kenqurunu yemləmək istəyib, lakin heyvan ona hücum edib. Ona yardıma gələn qadınla oğlu da xəsarət alıblar. 64 yaşlı Linda Smitin qabırğaları sınıb. Həmçinin onun döş qəfəsi də zədələnib. Qadın hazırda xəstəxanadadır, onun üzərində cərrahiyyə əməliyyatı aparılacaq.
Smit qeyd edib ki, o, heç zaman belə aqressiv kenqurularla rastlaşmayıb.


Təyyarə eniş edəndə 3 nəfəri öldürdü


Almaniyada yüngülmotorlu təyyarənin enişi zamanı üç nəfər öldü. Hafta.az yazır ki, Oxu.Az-ın məlumatına görə, bununla bağlı “Focus” nəşri məlumat yayıb. Gessen bölgəsində “Cessna” təyyarəsi aerodromda eniş edən zaman bir qrup insanın üzərinə düşüb. Hadisənin səbəbləri araşdırılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018
12.11.2018