Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında heç bir görüş olmayıb - MN
Tarix: 15.10.2018 | Saat: 21:49:00
Bölmə:Siyasət | çapa göndər

Son günlər bir sıra xarici KİV-də MDB müdafiə nazirlərinin Daşkənddə keçirilmiş 75-ci iclasında müzakirə edilən məsələlər barədə həqiqəti əks etdirməyən müxtəlif fikirlər səsləndirilir, o cümlədən guya Rusiya müdafiə nazirinın təşəbbüsü ilə Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair görüş keçirilməsi iddia edilir.

Hafta.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

MDB müdafiə nazirlərinin Daşkənddə keçirilən 75-ci iclasında Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında heç bir görüş olmayıb.

“Bir daha bəyan edirik ki, iddia olunduğu kimi nə bağlı qapılar arxasında, nə də ümumiyyətlə belə bir danışıqlar keçirilməyib. Bu kimi iddiaları qəti surətdə təkzib edir və bildiririk ki, yayılan xəbərlər tamamilə yalandır, həqiqətə uyğun deyil”, - Müdafiə Nazirliyindən vurğulanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018
12.11.2018