Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Baş nazir Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnamə və strukturunu təsdiq edib
Tarix: 16.10.2018 | Saat: 10:00:00
Bölmə:Siyasət | çapa göndər

Nazirlər Kabineti Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında qərar verib.

Hafta.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi və strukturu təsdiq edilib.

Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

Nazirlər Kabinetinə: Mərkəzin nizamnaməsinin və strukturunun təsdiq edilməsi; nizamnamə fondunun miqdarının müəyyən edilməsi; Mərkəzin yenidən təşkili və ləğv edilməsi.

Əqli Mülkiyyət Agentliyinə: inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiq edilməsi; icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və icra orqanının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi; işçilərin say həddinin müəyyən edilməsi; təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi; xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi.

Agentlik Mərkəzin fəaliyyətini təmin etmək məqsədi ilə bir ay müddətində Müşahidə Şurasının sədrini və üzvlərini, Nizamnaməsində müəyyən edilmiş icra orqanının rəhbərliyini təyin etməli və Mərkəzin işçilərinin sayını və ştat cədvəlini təsdiq etməlidir.

Mərkəzin ilkin nizamnamə fondu 300.000 manat təşkil edir.

Mərkəz dövlət qeydiyyatına alınması üçün bu qərarın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada Vergilər Nazirliyinə müraciət etməlidir.

Agentlik Mərkəzin dövlət qeydiyyatına alındığı gündən bir gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018