Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“ İlham Əliyev 15 il ərzində ona olan etimadı doğrultdu” – Nəzakət Məmmədova
Tarix: 16.10.2018 | Saat: 10:42:00
Bölmə:Siyasət | çapa göndər

“İlham Əliyevin prezidentlik dönəmi daxili və xarici problemlərin çox olduğu zamana təsadüf etdi. Lakin dünyanın ən nüfuzlu ali təhsil ocağının məzunu və pedaqoqu olmuş peşəkar diplomat, alim, Heydər Əliyev dövlətçilik məktəbini keçmiş olan prezident 15 il ərzində ona olan etimadı doğrultdu. Mürəkkəb dünyada baş verən proseslər fonunda Azərbaycanın sabit və davamlı inkişafı isə İlham Əliyevin 15 illik dövlət quruculuğu və inkişafı istiqamətində fəaliyyətinin bariz nümunəsidir”.

Bunu hafta.az-a açıqlamasında siyasi ekspert Nəzakət Məmmədova deyib. Ölkə başçısı İlham Əliyevin 15 illik prezidentlik dövrünü şərh edən politoloq bildirib ki, prezident İlham Əliyevin fəaliyyət dövrü olduqca mürəkkəb, ziddiyyətli bir tarixi şəraitin olduğu zamana təsadüf etdi: “Yeni dünya qaydasının nizamlanma prosesinin getdiyi, bizim coğrafi regionumuzun - Cənubi Qafqazın dünyada gedən proseslərin mərkəzlərindən biri olması, iqtisadi böhranlar, terror təhlükəsinin yayılması, Rusiya, İran və Türkiyə kimi böyük qonşularımızla digər qüdrətli güc mərkəzləri arasında nüfuz savaşının şiddətlənməsi, enerji bazarları və nəqliyyat-kommunikasiya marşrutları uğrunda amansız rəqabət, Qarabağ münaqişəsinin həllində cəbhədə Ermənistanın işğalının davam etməsi, danışıqlarda qeyri-konstruktiv mövqeyi, beynəlxalq təşkilatlarda ikili standartlar səbəbindən Azərbaycana qarşı ədalətsiz mövqe və sair, prezidentin səlahiyyətə başladığı dövrdən bəri onu və ölkəmizi əhatə edən problemlərin yalnız bir hissəsidir. Müqayisə etsək, prezident Heydər Əliyevin prezidentlik dövrü beynəlxalq siyasətdə “soyuq müharibə”nin başa çatmasından sonrakı müddəti və güc mərkəzləri arasında daha çox Rusiyanın zəif bənd olması, İranın sanksiyalar altında olması dövrü əhatə edirdi. Həmin dövrün özünəməxsus çətinlikləri var idi. İlham Əliyevin prezidentlik dövrü artıq Putin Rusiyasının və Ərdoğan Türkiyəsinin və Xamineyi İranının yenidən imperiya ambisiyalarının baş qaldırması, Yaxın Şərqdə və Qafqazlarda, eləcə də digər bölgələrdə Azərbaycanın bu üç böyük qonşusunun yeni güc mərkəzi formalaşdırmaq cəhdlərinin Vaşinqtonla üz-üzə gəlməsi, toqquşmalara səbəb olması, Azərbaycanın ağır geosiyasi seçim qarşısında qalaraq balanslı siyasət həyata keçirmək yolu ilə təhlükələrdən mümkün qədər təcrid olunmaq səyləri ilə səciyyəvidir”.

Politoloqun sözlərinə görə, prezident Heydər Əliyevin hakimiyyət illəri separatçılığın, silahlı dövlət çevrilişinin qarşısının alınması ilə yadda qalıbsa, İlham Əliyevin hakimiyyəti ölkədən qaçaraq xaricdə siyasi sığınacaq taparaq ölkəmizə qarşı baş qaldıran separatçların, eləcə də özünü müxalifət adlandıran bəzi şəxslərin yenidən təşkilatlanması, ölkəmizə və iqtidara qarşı virtual savaş kampaniyaları ilə müşahidə olunur: “Heydər Əliyevin başladığı qlobal enerji bazarlarına çıxış siyasətini İlham Əliyev uğurla davam etdirir. “Bakı-Tiflis-Ceyhan”ın davamı olaraq Cənub Qaz Dəhlizi layihəsi uğurla icra olunub. Sivilizasiyalararası toqquşmanın dünyanın ən nüfuzlu alimləri, beyin mərkəzləri, hətta dövlət rəsmiləri tərəfindən etiraf edildiyi bir dövrdə Azərbaycan buna əks alternativ olaraq tolerantlıq, multikulturalizm kimi dəyərləri dövlət siyasəti elan etdi. Beynəlxalq səviyyəli idman, mədəniyyət tədbirləri keçirməklə dünyanı təkcə enerji boru kəmərləri ilə, Çindən İngiltərəyədək uzanan Bakı-Qars layihəsi dəmir yolları, Rusiyadan Hindistanadək uzanan nəqliyyat yolları ilə deyil, etni zamanda mədəniyyət, idman kimi mənəvi dəyərlərlə birləşdirdiyini göstərdi.

Nəzakət Məmmədovanın sözlərinə görə, hazırkı dünyada müsəlman dövlətin lideri olmaq xüsusilə çətindir. Ermənistan rəhbərlərinin xristian etiqadından irəli gələrək diasporun yardımından yararlanmaq kimi imtiyazları varsa, bizim prezidentimizin arxasında güclü lobbi dayanmır:“Azərbaycan prezidenti sivilizasiyalararası toqquşmaların fonunda öz tolerantlıq modelini təbliğ edən ölkəmizə qarşı müəyyən güc mərkəzləri, onların nəzarətində olan beynəlxalq təşkilatların təzyiqindən və ikili standartlarından ölkəmizi qorumaqla yanaşı, xaricdəki diasporun dəstəyini görmür.Əksinə, formalaşmaqda olan separatçılardan və müxalif çevrədən ibarət şəxslərin böhtan kampaniyası ilə üzbəüz qalır. Daxildə artıq məmur özbaşınalığı sindromu var. Prezidentin xəbərdarlıqlarından nəticə çıxarmaq istəməyən, insanları incidən, qanunları heçə sayan, vətəndaşları sosial zəmində dövlətdən narazı salan bu məmur kütləsi ilə mübarizə, dövlət idarəetməsinin şəffaflaşdırılması, əhalinin rifah halının yüksəldilməsi də dövlət başçısının hər çıxışında toxunduğu məsələlərdir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018
12.11.2018