Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şəmkirdə “Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili” mövzusunda tədbir keçirilib
Tarix: 16.10.2018 | Saat: 11:12:00
Bölmə:Bölgə | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “ Şəmkir Qadın Resurs Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi “Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili” adlı layihənin növbəti təlimi 13 oktyabr tarixində Şəmkir Heydər Əliyev Mərkəzində keçirilib.

Hafta.az-ın xəbərinə görə, layihənin 10.07.2018-ci il tarixindən 10.11.2018-ci il tarixinədək həyata keçirilməsi planlaşdırılıb. Təlimdə “Şəmkir Qadın Resurs Mərkəzi” İctimai Birliyinin sədri Arzu Həsənova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru Sona Əliyeva, Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Rəbiyə Ablıyeva, Şəmkir Regional QHT-lərin Resurs və Təlim İctimai Birliyinin sədri Fuad Bədəlov, Beynəlxalq Uşaq Fondu UNİCEF-in dəstəyi ilə yaradılmış Şəmkir Hüquqi Xidmət Mərkəzinin hüquqşünası Raul İsmayılov, Ailə Klubunun sədri, Şəmkir rayon 2 saylı körpələr evi, uşaq bağçasının müdiri Elvira Allahverdiyeva, Gənc Müəllimlər Birliyinin psixoloqu Tərlan Muxtarzadə və Şəmkir Rayon Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi, “Böyük yol” İctimai Birliyinin sədri Kənan İbrahimov iştirak ediblər.

Çıxışa başlayan Şəmkir Qadın Resurs Mərkəzinin sədri Arzu Həsənova əvvəlcə layihənin məqsəd və vəzifələri haqqında məlumat verib. Daha sonra millət vəkili Sona Əliyeva da çıxış edərək layihənin cəmiyyət üçün nə dərəcədə əhəmiyyətli olduğunu vurğulayıb. O, irəli sürülən fikirləri dəstəkləyib. Həmçinin təlim iştirakçılarına öz dəyərli məsləhətlərini çatdırıb.

Həmçinin təlimdə iştirak edən qonaqlar layihənin faydalarından söz açmışlar. Təlim iştirakçıları da layihənin məqsəd və vəzifələrini dəstəkləyib. Çox böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar.

Həmçinin təlim iştirakçılarına layihənin mahiyyəti və ailə münaqişələri zamanı necə davranmaq haqqında tövsiyyələrdən ibarət bukletlər paylanıb.

Qeyd edək ki, “Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili” adlı layihənin əsas məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir; Layihə çərçivəsində müvafiq mütəxəssislər ailələrlə görüş keçirəcək, müxtəlif məsələlərə dəstək verməklə yanaşı öz tövsiyyələrini verəcəklər. Şəmkir rayonunda ailə münaqişələrinə son qoymağın və ya minimuma endirilməsi üçün maarifləndirmələr aparılacaq, vacib hesab edilən münaqişəli ailələrdə görüşlər keçirən mütəxəssislərdən ibarət komanda təşkil ediləcək. Ailədaxili qarşıdurmalarda göstərilən səbəblərin əslində bəhanə olduğunu elmi əsaslarla, sınaqdan çıxmış misallarla münaqişəli şəxslərə izah olunacaq. Layihənin vəzifəsi 4 ay müddətində təşkilatın üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməkdir.

Şəmkir şəhərində və ailədaxili münaqişələrin daha çox baş verdiyi və sonda boşanmaların çoxaldığı 4 yaşayış massivində mütəmadi olaraq maarifləndirmələr həyata keçiriləcək. Əlavə olaraq cəmiyyət arasında xüsusi nüfuza malik mütəxəssislərdən ibarət qrup yaradaraq, müvafiq qrafik əsasında həmin ailələrlə görüşlər planlaşdırılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018