Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
AQTA əməkdaşları ADU tələbələri ilə görüşüb
Tarix: 16.10.2018 | Saat: 17:47:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) maarifləndirici görüşlərini davam etdirir.

AQTA-dan hafta.az-a verilən məlumata görə, maarifləndirici tədbirlər çərçivəsində AQTA əməkdaşları Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşüb. Görüşdə tədbir iştirakçılarına Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar verilib, “Qida zənciri”ni əks etdirən videoçarx təqdim olunub. Daha sonra Agentlik əməkdaşları tərəfindən təqdim olunan “16 oktyabr – Ümumdünya Qida Günü”, “Qida məhsulları alarkən nələrə diqqət edilməli” mövzularında təqdimatlar və “Mən qidayam” adlı videoçarx tələbələrə nümayiş etdirilib. Sonda agentliyin mütəxəssisləri tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanıb.

Qeyd edək ki, görüşün keçirilməsində məqsəd tələbələrin diqqətini Ümumdünya Qida Gününə çəkmək, israfçılığın fəsadlarını onların diqqətinə çatdırmaq, onlar arasında qida təhlükəsizliyi anlayışını təbliğ etmək və qida təhlükəsizliyi vərdişlərini aşılamaqdır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018