Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Balaxanı küçələrini çirkab sular basıb - REPORTAJ
Tarix: 16.10.2018 | Saat: 19:15:00
Bölmə:Reportaj | çapa göndər

Paytaxtın qədim yaşayış məskənlərindən biri olan Sabunçu rayonunun Balaxanı qəsəbəsi hələ də problemlər içində yaşayır. Baxmayaraq ki, dövlət tərəfindən adıçəkilən qəsəbəyə su çəkilib, Zabratdan gələn mərkəzi şose yolu asfaltlanıb, yeni məktəb binası inşa edilib. Amma qəsəbənin mərkəzi küçələri hələ də baxımsız qalıb.


Öncə yolumuzu ilk neft mədəni çıxan və neft səltənəti sayılan adıçəkilən qəsəbənin mərkəzindəki ən uzun və böyük yaşayış sahəsi olan Səfəvilər küçəsindən saldıq. Həmin küçənin uzunluğu, təxminən, 600 metrdir. Küçədən də bir neçə daxili yollar ayrılır. Yollar baxımsız qaldığından, acınacaqlı duruma düşüb. Sovet dönəmindən salınmış köhnə asfalt örtükləri qopub-tökülərək dərin çalalar əmələ gətirib. Adıçəkilən küçədə yerləşən ikimərtəbəli Balaxanı Çay evi və “Balaxanı Market”in qarşı tərəfində avtomobil yolunun içində kanalizasiya xətti tutularaq, çirkab sular küçəyə axır.
Məlik adlı qəsəbə sakini bildirdi ki, Səfəvilər küçəsində yaşayır. Onun sözlərinə görə, küçəyə su çəkildi, amma kanalizasiya xətti çəkilmədi: “Kanalizasiya xətti yoxdur, ərazidə köhnə hamam vardı. SSRİ dövründə, təxminən, 70-ci illərdə adıçəkilən hamamdan nazik kanalizasiya xətti çəkilmişdi. Artıq həmin xətlər çürüyüb yarasız hala düşüb. Bir sözlə, istismar müddətini başa vurub və günün tələblərinə cavab vermir. Bu çirkab sular küçəyə axır”.


Vaqif adlı sakin 80-dən yuxarı yaşının olduğunu və qəsəbəni bu cür vəziyyətdə gördüyünü dedi: «Qəsəbəyə baxan yoxdur. Yol kənarındakı çökəklikdə olan evlərin həyətini su basır. Hələ quraqlıqdır. Yağışlı günlərdə vəziyyət daha da dözülməz olur. Sovetlər dönəmindən çəkilmiş elektrik xətləridir. Elektrik və telefon kabel dirəkləri köhnə ağacdan olan dirəklərdir, onlar da çürüyüb. Küçə işıqları olmadığından, gecələr qaranlıqda qalırıq”.
Elşən adlı sakin Qarabağ əlili olduğunu söylədi. Bildirdi ki, evlərə gələn içməli su xətləri köhnədir. Tez-tez sıradan çıxır. İçməli su evimizə yox, küçəyə axır”.
Tamara Məmmədova adlı sakin dedi ki, Qılman Salahov küçəsi də Səfəvilər küçəsi kimidir. Onun sözlərinə görə, bu küçə Səfəvilərə paralel küçədir: “Çirkab sular yolboyu axıb həyətlərə axır. Elə ki soyuqlu hava, yağışlı günlər gəldi, günümüz qara olur. Kanalizasiya xətti olmadığından, küçəmizi və evlərimizi su basır. Nə Balaxanı Bələdiyyəsinin, nə də Qəsəbə Ərazi Nümayəndəliyinin heç bir fəaliyyəti yoxdur. Hər il Bələdiyyəyə 22 manat vergi veririk. Amma bunun müqabilində Bələdiyyə qəsəbədə bir iş görmür. Ərazi antisanitar mənbəyinə çevrilib”.


Sakinlər mənzillərinə verilən “mavi yanacaq”dan da şikayətləndilər. Onların sözlərinə görə, hər həftənin cümə axşamı günü qaz kəsilir: “Havalar soyuyan kimi verilən qazın təzyiqi normadan çox aşağı düşür. “Mavi yanacaq”ın təzyiqi çox aşağı olduğuna görə, kombi işləmir və qızdırıcılar otaqları isitmir”.
Bələdiyyə və qəsəbə nümayəndəliyi yerləşən inzibati bina ilə üzbəüz dahi bəstəkar Cahangir Cahangirovun adını daşıyan Bakı şəhəri 4 saylı tam orta məktəb fəaliyyət göstərir. Təzə tikilmiş məktəbin ərazisi çirkab gölməçəliyə və zibilxanaya çevrilib. Adıçəkilən təhsil müəssisəsinin direktoru Fətşanə Rəhimova bildirdi ki, məktəb təmir olunan gündən çirkab sular əraziyə axıdılır: “Ərazi natəmizlik içindədir. Kanalizasiya xətti olmadığından, ətraf yaşayış evlərinin çirkab suları məktəbin ərazisinə axıdılır. Bu problemin həlli ilə məktəb rəhbərliyi yox, qəsəbə nümayəndəliyi məşğul olmalıdır”.
Gördüklərimizə və sakinlərin şikayətlərinə bir daha aydınlıq gətirmək üçün Balaxanı Bəllədiyyəsində də olduq. Sözügedən qurumun sədri Vüsalə Səlimova bildirdi ki, kanalizasiya işinə Bələdiyyə baxmır. Bu işlə Sabunçu Sukanal İdarəsi məşğul olur”.
Qəsəbə nümayəndəliyində də olduq. Nümayəndə Vüqar müəllimi və onun müavinini tapa bilmədik. Onların ərazidə olduqlarını dedilər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.11.2018
20.11.2018