Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda gecə küçədən 2 yaşlı qız tapıldı - GÜNÜN TƏZADLARI
Tarix: 16.10.2018 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Bakıda gecə saatlarında küçə itləri tərəfindən parçalanma təhlükəsi ilə üz-üzə qalan körpə qız uşağı tapıldı. Hafta.az “BAKU.WS”ə istinadən xəbər verir ki, uşaq Azərbaycan Uşaqlar Birliyinin Sığınacağına yerləşdirilib. Sığınacağın koordinatoru Vasif Akifli uşağın kimliyini müəyyən etmək və ailəsini tapmaq üçün Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramına müraciət edib. Efirə çıxarıldıqdan sonra uşaq haqqında məlumatlar əldə edilib. Balaca qızcığazın 2 yaşlı Lalə və qaraçı ailəsinə məxsus olduğu bəlli olub. Özünü nənəsi kimi təqdim edən qadın Lalənin anasının dəli olduğu üçün uşağa baxmaq məcburiyyətində qaldığını deyib. Lalənin nənəsi və qohumu uşağın oğurlanaraq dilənmək məqsədilə küçəyə atıldığını iddia edir. Onların bu iddiası bu gün "Səni axtarıram"da araşdırılacaq. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları təhqiqat aparır.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə Lalənin ailəsinə qaytarılmayacağını deyir: "Yox, əsla düşünməyin ki, bu körpə ailəsinə qaytarılacaq! Laləni nəzarətsiz qoyduqlarına görə cavab verəcəklər!”.


İsraildə yəhudi kişi ilə müsəlman ərəb qadın evləndi


İsraildə Tsahi Halevi adlı yəhudi aktyorla ökənin ərəbdilli kanallarından birinin aparıcısı Lusi Aharişin evliliyi böyük hay-küy yaratdı. Hafta.az-ın yazdığına görə, Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, cütlük oktyabrın 11-də öz münasibətlərini rəsmiləşdirib. Bəhs olunan yenievlilərin hər ikisi İsrail vətəndaşı olsa da, fərqli dinlərə mənsubdurlar. Halevi İsraildə populyar “Fauda” adlı serialın ulduzlarından sayılır. Lyusi Ahariş isə İsrailin quruluş ildönümündə mərasim məşəli yandırıb, nitq söyləyən müsəlmandır. Ölkə qanunıları fərqli dinlərə mənsub şəxslərin evlənməsinə icazə vermir. İsrail Daxili İşlər naziri Arye Deri bunun xüsusi bir məsələ olduğunu, lakin bir yəhudi kimi bu evliliyə qarşı çıxdığını söyləyib. Arye Deri yəhudilərin soylarını qorumaq naminə Aharişdən dinini dəyişdirməyi tələb edib. Əks təqdirdə onlardan dünyaya gələcək uşaqlarla bağlı problemlər yaşayacağını bildirib.


Bərdədə gənc ov zamanı bilmədən dostunu güllələdi


Bərdə rayonunda ov zamanı ölümlə nəticələnən bədbəxt hadisə baş verdi. Hafta.az xəbər verir ki, bu haqda “Xəzərxəbər” məlumat yayıb. Belə ki, rayonun Gulgəzli kənd sakini, 24 yaşlı Sadiq Tapdıqbəyli dostu və sinif yoldaşı olan 24 yaşlı Yaşar Kərimovu güllələyib. Y.Kərimov aldığı güllə yarasından hadisə yerində ölüb. Bərdə Rayon Prokurorluğundan bildirilib ki, hadisəni törədən S.Tapdıqbəyli saxlanılaraq istintaqa cəlb edilib.


Şüvəlanda sökülən evdən insan skeleti tapıldı


Bakıda fəhlələr qanunsuz tikilini sökərkən insan sümüklərini aşkar etdilər. Hafta.az yazır ki, bu barədə “Sputnik Azərbaycan”a Xəzər Rayon Polis İdarəsindən məlumat verilib. Bildirilir ki, fəhlələr Şüvəlan qəsəbəsində köhnə tikilini sökməyə hazırlaşarkən, içəridə insan skeletinə rast gəliblər. Patoloqanatomlar skeletə baxış keçirən zaman məlum olub ki, sümükləri aşkar olunan insan, təxminən, 3 ay əvvəl ölüb. Məlumat bazasını araşdırarkən məlum olub ki, bu ilin iyul ayında Mərdəkan qəsəbəsi sakini 1931-ci il təvəllüdlü Ağabala Şərifov itkin düşüb. Məlumatlar tutuşdurulan zaman skeletin məhz Şərifova aid olduğu təsdiqini tapıb.
Hazırda yaşlı kişinin ölüm səbəbi araşdırılır. İstintaq 87 yaşlı Mərdəkan sakininin Şüvəlandakı köhnə tikiliyə niyə və necə gəldiyini müəyyən etməyə çalışır.


İclas gedərkən tavandan ilan düşdü


Çində bir bank rəhbərliyinin işçilərlə səhər iclası etdiyi zaman tavandan yarımmetrlik ilanın düşməsi qorxudolu anlar yaşatdı. Hafta.az Moderator.az-a istinadla xəbər verir ki, ilanın düşməsi ilə işçilər həyəcanlı şəkildə qaçaraq otağı tərk ediblər. Hadisədə heç kəsin xəsarət almadığı və ilanın mütəxəssislər tərəfindən tutularaq qoruma mərkəzinə aparıldığı bildirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.11.2018
17.11.2018