Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Təhsil Nazirliyi deputatın dərsliklərlə bağlı bəzi iradlarına münasibət bildirib
Tarix: 16.10.2018 | Saat: 22:26:00
Bölmə:Sosial | çapa göndər

Millət vəkili Aqil Abbas bu gün Milli Məclisdə çıxışı zamanı məktəb dərsliklərində problemlərlə bağlı bəzi iradlarını bildirib.

Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdiri Elvin Rüstəmov "Report"a açıqlamasında bildirib ki, millət vəkili Aqil Abbasın qeyd etdiyi fikirlər heç bir məktəb dərsliyində yer almayıb:

"Ən təəssüfedici odur ki, millət vəkili dərsliklərlə bağlı ittihamları hər hansı araşdırma aparmadan irəli sürür. Bir daha bildirmək istərdik ki, dərslik tərtibatı çoxsaylı mərhələlərdən keçir. Dərslik layihələri çapdan öncə ən azı 6 ay ictimai müzakirəyə çıxarılır. Bu müzakirələrin nəticəsi olaraq, irad və təkliflər diqqətlə araşdırılaraq yekun variantda əks olunur. Ancaq təəssüf ki, hörmətli yazıçımız Aqil Abbasın indiyədək ictimai müzakirəyə çıxarılan dərsliklərlə bağlı hər hansı təklifinə və iradına rast gəlməmişik".

"Təhsil Nazirliyi dərsliklərin keyfiyyətinin qüsursuz olmasında ən maraqlı tərəfdir və bu istiqamətdə peşəkarcasına edilən hər bir tənqid və iradın nəzərə alınması üçün əməkdaşlığa hazırdır", - o qeyd edib.



Bölməyə aid digər xəbərlər
13.11.2018 Sabah qaz olmayacaq

Xəbərə şərh yaz
14.11.2018
13.11.2018
12.11.2018