Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Məşhur müğənninin həyat yoldaşı motosikletdən yıxıldı - FOTO
Tarix: 16.10.2018 | Saat: 23:47:00
Bölmə:Şou-biznes | çapa göndər

Müğənni Serdar Ortaçın model həyat yoldaşı Xloyanın səhhəti ağırdır.

Publika.az “Hurriyet”ə istinadən xəbər verir ki, türkiyəli müğənni Serdar Ortaçın həyat yoldaşı Xloya Mayamida qəza keçirib. S.Ortaç həyat yoldaşının səhhəti ilə bağlı “2-ci sayfa” verilişinə açıqlama verib:

“Hadisə barədə dünən gecə xəbər tutdum. Mühərrikin arxasında oturubmuş. Dostu bir burun sınığı ilə xilas olub. Arxada olduğu üçün həyat yoldaşım ciddi yaralanıb. Sol qolu sınıb, bud sümüyü, qabırğası, diz qapağı çatlayıb, sol qaşı yarılıb. Mən artıq gözə, nəzərə inanım, bəlkə? Bu qızın başına niyə belə şeylər gəlir bilmirəm. Şişirtmirəm, şikəst qalmaması möcüzədir.

21 Oktyabrda yanına gedəcəyəm. Ləğv edə bilmədiyim işlər var. Meneceri göndərdim. Qız çox pisdir, Amerikaya gedib işləmək üçün aylarla xəyallar qurmuşdu. Sol tərəfi tamamilə sınıb, həkimlər tam açıqlama da vermirlər. Əriyəm deyirəm, yenə də danışmırlar. Sürəyya Yalçın oradadır, əriylə Xloyanı ziyarət ediblər. Ayılmayıb, yatır.

İki il əvvəl keçirdiyi qəza çox yüngül idi. Onda sadəcə dodağını partlatmışdı. Mən artıq Mayaminin küçələrini görmək istəmirəm. O qədər diksindim. Artıq sosial şəbəkələr həyatımızı məhv edib. Nəzərə inanmazdım, artıq inanıram. Gül kimi arvadımın üzərində bir lənət var. İnstaqrama paylaşdığı fotolar üzündən qıza daim nəzər dəyir. İnstaqramı həyatımıza gətirən Amerikanı görmək istəmirəm".

Xatırladaq ki, Xloya 2016-cı ildə Mayamidə bir dəfə qəza keçirmişdi. Səkidə gedərkən tarazlığı yıxılmışdı. Üzündə yaralar olduğu üçün işlərini təxirə salmışdı.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.11.2018
17.11.2018