Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İki boksçumuz Avropa çempionu olub - FOTO
Tarix: 17.10.2018 | Saat: 10:26:00
Bölmə:İdman | çapa göndər

 

Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyinə yekun vurulub. Azərbaycan millisi yarışı 2 qızıl və 1 bürünc medalla başa vurub.

Vaqif Kazımovun baş məşqçisi olduğu komandada Əli Zamanovla (48 kq) Murad Allahverdiyev (80 kq) Avropa çempionu tituluna yiyələnib. Əhməd Əhmədov (+80 kq) isə bürünc medalla kifayətlənib.

Belə ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Zamanov Hayk Alaberkyan (Ermənistan), Eduard Voskanyan (Rusiya), Krasimir Churov (Bolqarıstan) və Mixail Taranunun (Moldova) ardından Jo Makqraili (İngiltərə) də məğlub edib. Təmsilçimiz bu gün baş tutan final döyüşündə rəqibinə 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə qalib gələrək, qızıl medala layiq görülüb.

80 kq çəki dərəcəsində qüvvəsini sınayan Murad Allahverdiyev də finalda rəqibindən üstün olub. O, irlandiyalı Patrik Myersi 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Allahverdiyev bu döyüşədək türkiyəli Əmir Böyükdağ, belaruslu Vladislav Novikov və rusiyalı Andrey Voyvodinə də qalib gəlmişdi.

Serbiyalı Mixail Miliç və litvalı Edvin Ostapenkonu mübarizədən kənarlaşdıran Əhməd Əhmədov (+80 kq) isə bir gün öncə yarımfinalda macarıstanlı Levent Kissə 1:4 (27:30, 29:28, 27:30, 27:30, 27:30) hesabı ilə məğlub olduğundan 3-cü yeri tutmuşdu.

Qeyd edək ki, oğlanların yarışında 2 qızıl və 1 bürünc medal qazanan Azərbaycan yığması komanda hesabında 3-cü olub. Millimizi Rusiya və Bolqarıstan qabaqlayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2019
22.05.2019
Kiyev universitetində alban-udi xristian icmasının rəhbərləri ilə görüş keçirilib
Metro çıxışlarında kəskin qoxulu səyyar köşklərə kimlər nəzarət edir? - FOTOLAR
Avropa İttifaqının Biznes Missiyası Lənkərana səfər edib
Prezident İlham Əliyev Çexiya Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
Ötən il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsinin həcmi 57 faiz artıb
Hazırda Azərbaycanda 26 Çexiya şirkəti fəaliyyət göstərir
Banklar tərəfindən artıq restrukturizasiya proseslərinə başlanılıb
Şəmkirçay sutəmizləyici qurğusu yaxın aylarda istismara veriləcək
Fransanın Milli Tibbi Sığorta Fondu ilə reabilitasiya sahəsində əməkdaşlığın inkişafı imkanları nəzərdən keçirilib
Prezident Gəncəçayın üzərindəki körpülərin bərpasına 6,4 milyon manat ayırıb - SƏRƏNCAM