Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Maykl” qasırğası qurbanlarının sayı 29 nəfərə çatıb
Tarix: 17.10.2018 | Saat: 10:37:00
Bölmə:Dünya | çapa göndər

ABŞ-da “Maykl” qasırğası qurbanlarının sayı 29 nəfərə çatıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Florida ştatında 20, Virciniyada 5, Şimali Karolinada 3, Corciyada 1 nəfər həlak olub. Habelə dağıntılar arasında qalanların axtarışı davam etdirilir. Onların sayının 1000 nəfərdən çox olduğu bildirilir. Hökumət orqanları onların öldüyünü güman edir və qurbanların sayının artacağı proqnozunu verir.

“Maykl” qasırğası ABŞ-ın cənub sahillərinə çərşənbə günü çatıb. Həmin vaxt qasırğanın gücü Saffir-Simpson şkalası üzrə dördüncü kateqoriyada qiymətləndirilib. Lakin sonra qasırğa zəifləməyə başlayıb. “Maykl” güclü külək və leysanlar gətirib ki, bu da ölkənin cənub-şərqində daşqın və dağıntılara səbəb olub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2018
18.11.2018
17.11.2018