Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Rusiyadan silah-sursatla gələn vətəndaş gömrük postunda saxlanıldı - FOTO
Tarix: 17.10.2018 | Saat: 11:46:00
Bölmə:Hadisə | çapa göndər

Gömrükçülər psixotrop maddə və silah-sursatın gömrük nəzarətinə bəyan edilmədən ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

DGK-dan hafta.az-a verilən məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda Rusiya Federasiyasından gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı metal detektordan keçərkən cihazın reaksiyasına əsasən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama nəticəsində, vətəndaşın şalvarının arxa sol cibində kağıza bükülmüş şəkildə, xalis çəkisi 0,082 qram olan psixotrop maddə - apirrolidinovalerofenon (a-PVP) və şalvarının arxa hissəsində bel nahiyəsinə keçirilmiş 4,5 mm kalibrli pnevmatik tapança aşkar edilib.

Əl yüklərinə baxış zamanı isə vətəndaşın çantasında gömrük nəzarətinə bəyan edilməyən 1 ədəd elektroşok cihazı, pnevmatik tapança üçün 131 ədəd patron və 4 ədəd tapança hissəsi aşkar olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018