Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Suriyanın dini liderindən Azərbaycana qarşı qərəz
Tarix: 17.10.2018 | Saat: 13:15:00
Bölmə:Siyasət | çapa göndər

Suriyanın dini lideri Şeyx Əhməd Bədraddin Hassun Suriya və dünyanın digər regionlarında yaşanan qanlı hadisələrlə bağlı Rusiya mətbuatına müsahibə verib.

Hafta.az yazır ki, suriyalı "din adamı" müsahibədə Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Onun fikrincə, bölgədəki həlli vacib olan, amma uzun müddətdir çözülməyən münaqişələrdən biri də məhz Dağlıq Qarabağdır. “Burada nəyin müzakirə edildiyini başa düşmürəm. Şəxsən mən Qarabağı və orada yaşayan xalqın azadlıq, müstəqillik arzularına şərikəm və onları birmənalı şəkildə dəstəkləyirəm. Hesab edirəm ki, Qarabağ münaqişəsinin səbəbi heç də dinlə bağlı deyil. Burada yeganə səbəb xalqın iradəsidir və ona biganə yanaşmaq olmaz" deyib Suriyanın "dini lideri".

Xatırladaq ki, Suriyanın dini lideri Dağlıq Qarabağ məsələsinə dair bədnam fikirlərini ilk dəfə 2011-ci ildə Suriyada dini azlıqlarla bağlı keçirilmiş toplantıda da dilə gətirmişdi. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018