Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dövlət sərhədindən saxta sənədlərlə keçmək istəyən əcnəbilər saxlanıldı
Tarix: 17.10.2018 | Saat: 14:04:00
Bölmə:Hadisə | çapa göndər

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi sahəsində tədbirlər davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən hafta.az-a bildiriblər ki, son günlərdə yeddi əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısı Xidmət əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində alınıb.

Belə ki, oktyabrın 7-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Şarja-Bakı reysi ilə ölkəmizə gələn Banqladeş vətəndaşları, 1998-ci il təvəllüdlü Ahmed Mohammad Masumun və 1999-cu il təvəllüdlü Moksu Mohammad Muminoor Rohmanın sərhəd naryadına təqdim etdikləri Hindistan pasportlarının qismən saxtalaşdırılması şübhə yaradıb. Laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama zamanı pasportların saxtalaşdırıldığı təsdiqini tapıb.

Oktyabrın 8-də “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikasından Gürcüstana gedən Pakistan vətəndaşları 1985-ci il təvəllüdlü Əşrəf Muhammadin və 2003-cü il təvəllüdlü Ahmed Bilalın sərhəd naryadına təqdim etdikləri pasportlara vurulmuş Yunanıstan vizası, həmçinin Əşhrəf Muhammadin pasportunda Danimarkaya məxsus Şengen vizası saxta olduğu üçün saxlanılıblar.

Bundan başqa, oktyabrın 9-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul reysi ilə uçub gedən Hindistan vətəndaşı, 1998-ci il təvəllüdlü Qurpreet Sinqhin sərhəd naryadına təqdim etdiyi pasporta vurulmuş Kanadaya məxsus vizanın saxta olması aşkarlanıb.

Həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Tehran-Bakı-London reysi ilə tranzit uçmaq istəyən İran vətəndaşı 1990-cı il təvəllüdlü Abedi İmanın sərhəd naryadına təqdim etdiyi İtaliya pasportu, İtaliyanın ID kartı və sürücülük vəsiqəsi saxta olduğu üçün o, saxlanılıb.

Oktyabrın 14-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Şarja-Bakı reysi ilə gələn İtaliya vətəndaşı 1961-ci il təvəllüdlü Mşaineş Ahmadın sərhəd naryadına təqdim etdiyi pasportun saxta olması müəyyənləşdirilib. M.Ahmadın üzərinə baxış keçirilən zaman Suriyaya aid vətəndaşlığı olmayan şəxsin pasportu aşkarlanıb.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018