Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycanın müstəqillik günü” sərlövhəli məqalə BƏƏ mətbuatında
Tarix: 17.10.2018 | Saat: 14:25:00
Bölmə:Gündəm | çapa göndər

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) böyük oxucu auditoriyasına mailik olan ərəb, ingilis, rus və çin dilli “Aviamost” qəzetində Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarovun “Azərbaycanın müstəqillik günü” sərlövhəli məqaləsi dərc olunub.

Hafta.az yazır ki, səfir məqalədə 18 oktyabr tarixində Azərbaycanın müstəqillik gününü qeyd etdiyini bildirib, 27 il öncə uzun illər müstəqillik həsrətində olan Azərbaycan xalqı qarşısında duran bütün çağırışlara tab gətirərək, 18 oktyabr 1991-ci il tarixində müstəqillik haqqında konstitusiya aktını qəbul etdiyini vurğulayıb.

Yazıda müstəqilliyin qorunub-saxlanmasının onun əldə edilməsindən daha çətin vəzifə olduğunun tarix tərəfindən sübuta yetirildiyi bildirilib. Qeyd olunub ki, Azərbaycan XX əsrdə iki dəfə müstəqillik qazanmaq imkanı əldə edib. İslam dünyası və Şərqdə 1918-ci ilin 28 may tarixində qurulmuş ilk dünyəvi demokratik dövlət cəmi 23 ay yaşayıb, xarici qüvvələrin müdaxiləsi səbəbindən süquta uğrayıb. Azərbaycan Demokratik Respublikası dünyanın 20-dən çox ölkəsi ilə əlaqələr qurub, dövlətin rəsmi simvolları və Azərbaycan vətəndaşlığı haqqında əsasnamə qəbul edilib, kişi və qadınların bərabər hüquqlara malik olmaları tanınıb. İcra, qanunvericilik və məhkəmə hakimiyyətlərinin tam müstəqilliyi təmin olunub, Azərbaycan Silahlı Qüvvələri, Xəzər donanması, Bakı Universiteti yaradılıb, yüzlərlə gəncə Avropanın aparıcı universitetlərində təhsil almaq üçün təqaüdlər ayrılıb.

Müəllif vurğulayıb ki, Sovet İttifaqının dağılması ərəfəsində Azərbaycan müstəqilliyinin bərpası üçün yenidən imkan qazanıb. "1991-ci il Azərbaycan üçün mürəkkəb, lakin şərəfli il olub. Həmin dövrdə xalqın ağrısı, qəzəbi, gözləntiləri ən yüksək nöqtəyə çatıb. Bu həmin insanlar idi ki, ardı kəsilməyən nümayişlərdə iştirak edib, 1990-cı ilin yanvar qırğını ilə üz-üzə gəlmişdi. Lakin sovet tankları müstəqilliyə aparan yolun qarşısını ala bilməyib. Yüzlərlə oğul-qızını qurban verən Azərbaycan yeni həyata, yeni reallıqlara qədəm qoyub. Nəhayət, Azərbaycan parlamenti 18 oktyabr 1991-ci il tarixində dövlət müstəqilliyinin bərpası haqqında konstitusiya aktını qəbul edib. Sənədə əsasən Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş ADR-in varisi elan olunub. Dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarına bərabər hüquqlar zəmanəti verilib".

Məqalədə 29 dekabr 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında konstitusiya aktının dəstəklənməsi barədə referenduma xalqın 95 faizinin qatıldığı və yekdilliklə ölkənin müstəqilliyinə "hə" deyib. Müstəqilliyini elan etmiş Azərbaycan dünya ölkələri, o cümlədən BƏƏ tərəfindən tanınıb, 2 may 1992-ci ildə Azərbaycan BMT-nin üzvlüyünə qəbul edilib.

D.Şikarov məqaləsində ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin layiqli davamçısı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yüksək sürətlə inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, təbii sərvətlərlə zəngin olan Azərbaycan enerji ehtiyyatlarını Avropaya ixrac edir və bu regionun enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Əlverişli coğrafi yerləşməsindən məharətlə istifadə edən ölkə rəhbərliyi Azərbaycanı Cənub və Şimalı, Şərq və Qərbi birləşdirən nəqliyyat qovşaqına çevirə bilib. 10 milyon əhalisi olan Azərbaycan Cənubi Qafqazda nüfuz sahibi, regionda əsas sərmayəçi ölkədir. Bütün bunlar iqtisadi, sənaye, infrastruktur, kənd təsərrüfatı, idman və turizmin inkişafı ilə müşahidə olunur.

Məqalədə Azərbaycanın öz xarici siyasətini ölkə maraqları üzərində qurduğu, Avropa və Asiyanın siyasi sərhədində yerləşərək, hər iki qitənin siyasi strukturlarına inteqrasiya olduğu qeyd olunub. Bildirilib ki, Azərbaycan Avropa Şurası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi təşkilatların üzvüdür və 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvü olub.

D.Şikarovun yazısında yaxın dostluq və səmimi münasibətdə olan Azərbaycanla BƏƏ-nin ikitərəfli və çoxtərəfli formada geniş əməkdaşlıq etdiyi bildirlib. İki ölkə arasında hüquq-müqavilə bazasını təşkil edən siyasət, diplomatiya, iqtisadiyyat, ticarət, maliyyə, mədəniyyət, ədliyyə və digər sahələrdə bir sıra sənədlərin imzalandığı qeyd olunub.

Müəllif bildirib ki, Azərbaycan və BƏƏ liderləri, həmçinin yüksək səviyyəli dövlət rəsmiləri arasında səfər mübadiləsi ikitərəfli münasibətləri gücləndirir, siyasi dialoqu təmin edir və ikitərəfli əməkdaşlığın təşviqinə xidmət edir. İki ölkə arasında ticarət mübadiləsi ildən-ilə artır, Azərbaycan Hava Yolları, BƏƏ-nin "Ettihad", "Flydubay" və "Air Arabia" hava yolları tərəfindən iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi, fiziki və hüquqi şəxslərin müxtəlif beynəlxalq tədbirlərdə qarşılıqlı iştirakı xalqlar arasında münasibətlərin, turizm və ticarət əlaqələrinin güclənməsinə xidmət edir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.11.2018
20.11.2018