Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Saakaşvili qətldə suçlanır
Tarix: 17.10.2018 | Saat: 15:34:00
Bölmə:Dünya | çapa göndər

İş adamı, milyarder Badri Patarkasişvilinin qətlinə hazırlığa sanksiyanı Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili verib.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Gürcüstan Prokurorluğunun yaydığı məlumatda deyilir.

Prokurorluq güman edir ki, Patarkasişvilini dərhal ölümə səbəb olan maddə ilə zəhərləyiblər: "Məhkəmənin qərarı ilə sabiq məmurlar, DİN-nin əməkdaşları N.M., L.K. və R.Ş. xüsusi ağırlaşdırıcı hallarda qətl hazırlamaqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə suçlanaraq tutulublar".

M.Saakaşvilinin müxalifi olmuş iş adamı B.Patarkasişvili 2008-ci ilin fevralın 12-də, İngiltərənin Surrey qraflığındakı Lezerhed şəhərində olan evində vəfat edib.

Britaniya polisi ilk əvvəl ölümü şübhəli saysa da, sonradan Patarkasişvilinin ürəktutmadan vəfat etdiyini bildirib.

Ölümündən bir neçə ay əvvəl B.Patarkasişvili Gürcüstanda prezident seçkilərinə qoşulmaq niyyətini açıqlamışdı.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018