Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Qlobal Rəqabətlilik Hesabatındakı göstəricilərimiz hazırkı dövr üçün normaldır” – Ruslan Atakişiyev
Tarix: 17.10.2018 | Saat: 16:29:00
Bölmə:İqtisadiyyat | çapa göndər

“Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatının tamamilə yeni metodologiya əsasında hazırlanmasının bir neçə səbəbi var. Bunlardan biri də BMT-nin davamlı inkişaf məqsədləridir, orada 17-yə yaxın sahə öz əksini tapıb, dünya birliyi bu məsələlərdə həmrəylik nümayiş etdirərək hədəflərə birgə nail olmaq istiqamətində bir yerdə fəaliyyət göstərəcəklər. Təbii ki, bu addımın özü də həmin indikatorların formalaşmasına təsir göstərir. Dünyada yeni inkişaf meyllərinin yaranması və bu çərçivədə inkişafa fərqli baxışlar ortaya qoyur”.

Bunu hafta.az-a açıqlamasında iqtisadçı ekspert Ruslan Atakişiyev deyib. Ekspertin sözlərinə görə, bu baxımdan da rəqabət qabiliyyətliliyi məsələsində yeni indikatorlar axırıncı reytinqlərdə öz əksini tapıb. Azərbaycanın 69-cu pillədə qərarlaşmasını bir neçə səbəblə əlaqələndirmək olar: “Birinci səbəb odur ki, göstəricilərin dəyişməsi fonunda indikatorlar üzrə tələblərin dəyişməsi Azərbaycanın diqqətini yeni sahələrdə, məsələlərdə cəmləməsinə gətirib çıxarır. Bu da qısa zamanın işi deyil. Vaxt aparır. Son göstəricilər hazırkı dövr üçün normaldır. Çünki sistemdə dəyişikliklər edilib. Gələcəkdə isə hesabatda göstərilən yeni indikatlara diqqətin artırılması vacibdir. İndikatorların gözlənilməsi fonunda xeyli görüləcək işlər var. O baxımdan da bu yöndə işlərə xüsusi diqqət ayrılmalıdır”.

İqtisadçı ekspert Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşmasına da münasibət bildirib. Ruslan Atakişiyev deyib ki, ümumuiyyətlə, Avropa ölkələrini iki hissəyə bölsək daha yaxşı olar. Yəni, məsələyə Şərqi və Qərbi Avropa ölkələri prizmasından yanaşmalıyıq: “Son göstəricilərə əsasən və ya ümumi konteksdə götürdükdə Azərbaycan inkişaf baxımından bəzi Şərqi Avropa ölkələri ilə eyni səviyyədədir. Hətta bəzilərindən də öndə dayanır. Digər tərəfdən, onu da qeyd edim ki, bir sıra Şərqi Avropa ölkələrinin iqtisadi göstəriciləri Qərbdən geri qalır. Ona görə də biz özümüzə hədəf olaraq Qərbi Avropa ölkələrini götürməliyik. Amma hazırkı durumda bizim göstəricilərin Şərqi Avropa ölkələri ilə müqayisə edilməsi daha uyğundur. Çünki bu ölkələrlə, MDB dövlətləri təxminən eyni balansa malikdir. Keçmişimiz demək olar ki, eyni olub. Sosializm sistemindən çıxmışıq. Bu mənada oxşarlıqlar mövcuddur. Amma hədəf olaraq Qərbi Avropa ölkələri ilə rəqabət aparmalıyıq ki, inkişaf göstəricilərimiz daha da yaxşılaşsın”.

Qeyd edək ki, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilib. Qlobal trendlər nəzərə alınmaqla, hesabatın metodologiyasında dəyişikliklər o qədər dərin və əhatəli olub ki, Dünya İqtisadi Forumu bu metodologiyanı yeni nəsil “4.0” kimi təqdim edib.

Bu isə onu deməyə əsas verir ki, “Qlobal Rəqabətlilik Hesabatı-2018/2019” yeni dövrün ilk hesabatıdır. Belə ki, əvvəlki illərdən fərqli olaraq hesabatın metodologiyası ciddi şəkildə dəyişdirilərək hesabata yeni indikatorlar daxil edilib. Ümumilikdə əvvəlki hesabatın 114 indikatorundan 84-ü (74 faizi) çıxarılıb. 68 yeni indikator isə daxil edilib. Beləliklə, hesabatda mövcud 98 indikatorun 70 faizi tamamilə yenidir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018