Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi yaradılıb
Tarix: 17.10.2018 | Saat: 17:27:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Vergilər sahəsində rəqəmsal ödənişlərin genişləndirilməsinə hədəflənmiş bir sıra hüquqi aktlar qəbul edilib, islahatlar aparılıb, həmçinin səmərəli vergi inzibatçılığını həyata keçirmək üçün Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi yaradılıb.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən hafta.az-a bildirilib ki, Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq etdiyi “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda strateji məqsədlərdən biri də vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin genişləndirilməsi, eləcə də vergi sisteminin effektivliyinin artırılmasıdır.

Qeyd olunub ki, bu gün vergi inzibatçılığının bütün səviyyələrində məlumat mübadiləsi sözügedən sistem vasitəsilə aparılır, sahibkarlıq subyektlərinin qeydiyyatı sadələşdirilmiş rejimdə, “bir pəncərə” prinsipi ilə həyata keçirilir. Bu da biznes mühitini xeyli yaxşılaşdıraraq, sahibkarların dövlət qurumlarından asılılığını zəiflədib.

İslahatlar çərçivəsində Vergi Məcəlləsinin 218.1.1-ci, 218.1.2-ci maddələrinə əsasən, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manat və ondan az olan şəxslərə və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olan ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ verilib.

Lakin sadələşdirilmiş verginin seçilməsi imkanı iqtisadiyyatda nağd ödənişləri də stimullaşdırır. Nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və bununla yanaşı, nağdsız hesablaşmaların stimullaşdırılması ilə əlaqədar qanunvericiliyə əlavələrin edilməsi məsələsinə baxıla bilər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.04.2019
17.04.2019
Vaşinqton ştatının ən böyük vilayətində Azərbaycanla bağlı təqdimat keçirilib
Əlil arabası ilə təmin olunmaq üçün müraciət proseduru sadələşdirilir
ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşü Vaşinqtonda keçirməyi təklif edib
Pakistanda beş terrorçu öldürülüb
Məşhur sumo güləşçisi Hakuho Monqolustan vətəndaşlığından imtina edəcək
Mingəçevirdə istifadəyə yararsız 400 kq ət aşkar edilib
Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün Biznes təhsili” layihəsinin növbəti kursu başa çatıb
Qanunsuz yolla gətirilən spirtli içki və siqaretlər aşkarlanıb - FOTO
Raket və artilleriya bölmələri döyüş atışları icra edib - TƏLİM
Bakıda baxımsız vəziyyətdə olan üç azyaşlı tapıldı