Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Badamdardakı sürüşmə prosesinin 1-2 aya başa çata bilər
Tarix: 17.10.2018 | Saat: 16:49:00
Bölmə:Gündəm | çapa göndər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvləri Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında monitorinqləri davam etdirirlər. Sürüşmə kütləsinin sağ və sol hissəsində xırda çatlar yaranıb. Sol hissədəki çatın ölçüləri və sürüşmə sahəsindəki gərginlik artıb. Yağan yağış isə asılı halda qalmış torpaq kütlələrini ağırlaşdırıb. Günboyu xırda uçqunlar müşahidə edilib. Sürüşmə sahəsi üzərində süxur qırıntılarının yola doğru hərəkəti müşahidə olunur. Badamdar sürüşmə sahəsində gərginlik qalmaqdadır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi, qərargah üzvü Əziz Qaralov oktyabrın 17-də keçirilən brifinqdə məlumat verib.

Mütəxəssis prosesin ərazinin relyefi tam düzələnədək və kütlənin gərginliyi tam çıxanadək davam edəcəyini bildirib. O, sürüşmə prosesinin 1-2 ay ərzində başa çatmasının gözlənildiyini qeyd edib.

Bu gün Səbail rayonunun Bayıl qəsəbəsinin Amfiteatr ərazisində Buxta küçəsində baş verən sürüşmə prosesinə toxunan Ə.Qaralov deyib: “Buxta küçəsini riskli ərazi kimi konturlaşdırmışıq. Ərazi yüksək maili yamacda yerləşir və yamacın təbii meyilliyi 35-40 dərəcədir. Həmin yamac pilləli şəkildə kəsilib, tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib. Burada bir evin arxa divarı növbəti evin istinad divarı rolunu oynayır. Kanalizasiya suları isə boş sahəyə axıdılır. Əvvəllər Buxta küçəsinin ön hissəsində uçqun prosesi baş verib və evlər sökülüb. Yaz aylarında təxminən 43 ev qəzalı vəziyyətə düşüb. Bu gün 9 nömrəli evdə uçqun prosesi baş verib və ev tamamilə dağılıb. Yaxınlıqda yerləşən bir neçə evin divarlarında çatlar və deformasiyalar müşahidə olunur. Həmin evlərin sakinləri müvafiq strukturlar tərəfindən köçürülmə ilə bağlı qeydiyyata götürülüb. Orada küçəboyu gərginlik qalmaqdadır”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.11.2018
20.11.2018