Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qaradağ RİH 9 ayın yekunlarına həsr olunmuş hesabat verib
Tarix: 17.10.2018 | Saat: 17:52:00
Bölmə:Sosial | çapa göndər

Qaradağ Rayon İcra Hakimiyyətinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Qaradağ RİH-dən Hafta.az-a verilən məlumata görə, yığıncağın işində rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Hesabat məruzəsi ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı S.Mikayılov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayında ölkədə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətlərdən söz açıb. Belə ki, 2018-ci ilin doqquz ayında ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, hesabat dövründə iqtisadiyyatın davamlı inkişafı nəticəsində qeyri-neft sektoru 1 faiz, kənd təsərrüfatı isə 4,3 faiz artıb. Doqquz ayın yekunu üzrə ölkənin valyuta ehtiyatları 45 milyard dollar səviyyəsinə çatıb, ticarət dövriyyəsi 37 faiz artıb, 85 min daimi iş yeri yaradılıb.

Hesabat nitqində S.Mikayılov Qaradağ rayonunun sosial-iqtisadi həyatında da yanvar-sentyabr ayları ərzində görülən işləri vurğulayaraq bildirib ki, sənaye sahəsində 793 mln 430 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 58 mln 499 min manat həcmində xidmət göstərilib, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artıb. Bundan əlavə, 2018-ci ilin yanvar-sentyabr aylarında rabitə müəssisələri tərəfindən 146 min manat həcmində xidmət göstərilib, əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2 faiz artıb, istehlak bazarı dinamik inkişaf edib və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1 milyard 185 mln 487 min manatlıq istehlak malları satılıb.

2018-ci ilin yanvar-sentyabr ayları ərzində rayonun sosial, iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 547 mln 465 min manat məbləğində investisiya yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə 2,2 dəfə çox vəsait yönəldilib. Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 157 milyon 609 min manat həcmində əsas fondlar istifadəyə verilib. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 98 mln 340 min manat təşkil edib, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3 faiz artıb. Əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə, 2018-сi ilin doqquz ayı ərzində 720 ailəyə ünvanlı sosial yardım təyin edilib. 2018-ci ilin doqquz ayında rayon ərazisində hüquqi və fiziki şəxslər tərəfindən 1708 yeni iş yeri yaradılıb.

Sonra Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri A.Hüseynov, Rayon İcra Hakimiyyəti başçısı aparatının təsərrüfat şöbəsinin müdiri Oqtay Sadıqov, Qaradağ Rayon Məşğulluq mərkəzinin direktoru Çapay İbrahimov məruzə ətrafında çıxış edib.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 31 iyun 2018-ci il tarixli, sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə” görə medalı ilə təltif olunan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Aydın Zəkiyev təbrik edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019