Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Etimad Əsədov İranda da anıldı - GÜNÜN TƏZADLARI
Tarix: 17.10.2018 | Saat: 18:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədovun ağır xəstəlik səbəbindən vaxtsız vəfat etməsi Azərbaycanda olduğu kimi, qonşu İranda da üzüntü ilə qarşılandı. Hafta.az yazır ki, bu haqda Musavat.com-un İrana ezam olunmuş əməkdaşı xəbər verib. Xüsusilə də Azərbaycan torpaqları uğrunda döyüşməyə hazır olan azərbaycanlı qardaşlarımız Qarabağ müharibəsi veteranının ölümündən təəssüfləndiyini ifadə ediblər. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycanın nümayəndə heyəti Qarabağa həsr olunmuş tədbirlərdə iştirak etmək üçün İrana səfər edib. Nümayəndə heyəti tədbirlərarası vaxt tapıb E.Əsədova baş çəkmək niyyətində olduğu halda, ağır xəbər alıb. Ərdəbil şəhərində keçirilən beynəlxalq konfransda çıxış edən QAT sədri Akif Nağı deyib:“Bu gün çox ağır xəbər aldıq. Qarabağ qazisi Etimad Əsədov Təbriz xəstəxanasında dünyasını dəyişib. Son günlərdə o, ağır xəstəlikdən müalicə olunmaqdan ötrü Təbrizə pənah gətirmişdi, amma Allahın məsləhəti beləymiş, burada dünyasını dəyişdi. Allahdan Etimad bəyə rəhmət diləyirik”.
Bütün zal E.Əsədova və şəhidlərimizə rəhmət diləyib və ruhuna dualar oxuyub.
Allah rəhmət eləsin!


Gürcüstanlılar azərbaycanlı qıza görə ayağa qalxdı


Tiflisdə Gürcüstanın hökumət administrasiyasının binası qarşısında “Azərbaycanlı qızları müdafiə edin!” şüarı altında aksiya keçirildi. Hafta.az yazır ki, “Report”un verdiyi xəbərə görə, Gürcüstanın Qadınlar Hərəkatı tərəfindən təşkil olunmuş aksiyada oktyabrın 12-də Saqareco bələdiyyəsinin Ləmbəli kəndində oğurlanmış 17 yaşlı azərbaycanlı qızın polis tərəfindən bu günə qədər tapılmamasına etiraz bildirilib. Hərəkat üzvləri əllərində “Səbrimiz tükənib!”, “Qadın zorakılığına son qoyulsun!” şüarları tutublar. Qadınlar Hərəkatının üzvü Baya Pataraya jurnalistlərə bildirib ki, qız qaçırılması Gürcüstanın Azərbaycan icması arasında geniş yayılıb: “Polis bu cür halları araşdırmır. Qız evə qayıdandan sonra onun öz istəyi ilə qaçırıldığı bildirilir. Polis ailələr arasında məsələnin həll olunmasını gözləyir. Qızı qaçıran şəxs 5 min lari məbləğində cərimələnir. İcma qız qaçırılmasını cinayət əməli hesab etmir. Azərbaycanlı qızlar etnik və gender diskriminasiyasına məruz qalırlar. Biz buna etiraz edirik. Polisi oğurlanmış qızın yerini tezliklə müəyyən etməyə çağırırıq”. O qeyd edib ki, azərbaycanlı qız yaxın günlərdə tapılmasa, Ləmbəli kəndində polis departamentinin binası qarşısında etiraz aksiyası təşkil olunacaq.
Gürcüstan DİN oğurlanmış azərbaycanlı qızın axtarışları ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunub ki, faktla bağlı bir sıra istintaq tədbirləri həyata keçirilib və şahidlər dindirilib. DİN qızın yerinin müəyyən olunması üzrə intensiv əməliyyat-axtarış tədbirlərini davam etdirir.


Zidanın Bakıya gələcəyi bəlli oldu


“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanın yaxın aylarda Azərbaycana səfər edə biləcəyi haqda xəbər yayıldı. Hafta.az-ın “BakuPost”a istinadla verdiyi məlumata görə, bu barədə telejurnalist Sənan Şəfizadə özünün “feysbuk” səhifəsində yazıb. Onun sözlərinə görə, hazırda qısamüddətli səfərlə bağlı müzakirələr gedir. Amma hələ ki razılıq əldə olunmayıb.


Xalq təbabətinin fəaliyyətinə rəsmən icazə verildi


Özbəkistanda xalq təbabəti ilə əhaliyə xidmət göstərilməsinə rəsmi icazə verildi. Hafta.az AZƏRTAC-a istinadla xəbər verir ki, bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Xalq təbabətinin inkişafı üzrə ilknövbəli Tədbirlər Proqramı”nı təsdiq edib. Sənəddə bildirilir ki, xalq təbabəti əhaliyə tibbi xidmət göstərilməsində əlavə metod sayılır, bu üsulla müalicə edən şəxslər isə öz fəaliyyətlərinə görə qanun qarşısında məsuliyyət daşıyırlar. Bu proqram çərçivəsində ali tibb təhsili müəssisələrinin müalicə işi, pediatriya, tibbi pedaqogika fakültələrində xalq təbabəti üzrə xüsusi dərslər keçiriləcək.
Proqramda Daşkənd Həkimləri Təkmilləşdirmə İnstitutunda “Xalq təbabəti” kafedrası və təkmilləşmə kursunun açılması da nəzərdə tutulur.


Pentaqon hərbçilərin beynini proqramlaşdıracaq


ABŞ-ın Müdafiə Nazirliyinə məxsus araşdırma qurumunun əsgərlərin beynini proqramlaşdıracağı bəlli oldu. Hafta.az Ölkə.az-a istinadla xəbər verir ki, insan beyninə yerləşdiriləcək çiplərlə orqanizm və beyin proqramlaşdırılacaq və idarə ediləcək. “DARPA” adlanan qurum, artıq zehni nəzarət etmək üçün başlayan layihəni hərbçilərin üzərində sınaqdan keçirmək üçün hərəkətə keçir. Qurumun bioloji texnoloji departamentinin rəisi doktor Castin Sançes bildirib ki, insan saçı kimi nazik mikrokabel ilə elektrodların insanların beyninə yerləşdirilməsi üzərində işləyir. Alim bildirib ki, layihə uğurlu alınsa, insanın ağlından keçəni biləcəklər və beynin davranışları necə kodlaşdıracağı anlaşılacaq. Bu çiplər ilk olaraq iflic insanlar tərəfindən istifadə ediləcək. Bununla da onları əlil arabasından xilas etmək mümkün olacaq. Sançes bildirib ki, istəklərindən biri də kompüter vasitəsilə məlumatı və düşüncəni bir insanın beynindən digər insanın beyninə transfer etməkdir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018
12.11.2018
“Azərbaycan Aşot Smbatyanla bağlı məsələni diqqətdə saxlamalıdır” – Sahib Alıyev
Gələn il dövlət büdcəsinin gəlirləri artacaq - Samir Şərifov
"Dövlətin sosial siyasətinin əsasında insan amili və onun rifahı dayanır" - Millət vəkili
Dünya şöhrətli professor ölkəmizdə aparılan islahatları izlədiyini bildirib
Təmas xəttində növbəti monitorinq keçiriləcək
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
TAP-ın inşası 2020-ci ildə başa çatacaq
Gürcüstandan mobil telefonların qanunsuz keçirilməsinin qarşısı alınıb
Qış aylarında elektrik enerjisi ilə təchizatda heç bir problem olmayacaq - "Azərişıq"
Baş prokuror Tərtərdə vətəndaşları qəbul edəcək