Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ağdamın Yeni Ergi köçkün qəsəbə sakinləri ilə səyyar-görüş keçirilib
Tarix: 17.10.2018 | Saat: 19:30:00
Bölmə:Sosial | çapa göndər

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Yeni Ergi köçkün qəsəbə sakinləri ilə səyyar-görüş keçirib.

Ağdam RİH-dən “Həftə içi”nə verilən xəbərə görə, hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu bildirib.

Qəsəbə sakinlərindən Raqub Əhmədov, Amil Əliyev, Kamil Cəfərov, Yaqub Əhmədov, Sənan Əliyev, İmdat Cəfərov və başqaları əhalinin həyat şəraiti, rayonda gedən sosial-iqtisadi inkişafdan məcburi köçkünlərin də daim diqqət mərkəzində saxlanılmasından, uzun illərdir təbii qaza ehtiyacı olan qəsəbəyə qaz xəttinin çəkilməsindən razılıqlarını ifadə edərək bəzi problemlərinin olması barədə də məlumat veriblər. Sakinlərin çıxışlarında qəsəbəyə gedən yolun bərbad vəziyyətdə olmasından və yolun əsaslı təmirinə, içməli su probleminin həllinə, qəsəbə orta məktəbinin təmir olunmasına, sosial məsələlər və digər prablemlərinin həllinə ehtiyac olduğu diqqətə çatdırılıb.
Vətəndaşların qaldırdıqları digər məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019