Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Mənzillərdən oğurluq edən şəxs saxlanılıb
Tarix: 18.10.2018 | Saat: 12:31:00
Bölmə:Bölgə Hadisə | çapa göndər

Mingəçevirdə 7 mənzildən oğurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Mingəçevir şəhərində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 7 mənzildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Mingəçevir şəhər sakini əvvəllər məhkum olunmuş Sahil Hüseynli olduğu müəyyən edilib. Onun ayrı-ayrı vətəndaşlara məxsus evlərdən ümumi dəyəri 20.000 manat olan pul, qızıl-zinət və məişət əşyalarının oğurlayaraq maddi ziyan vurması müəyyən edilib.

Dindirilmə zamanı S.Hüseynli törətdiyi cinayət əməllərini etiraf edib.

Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2018
18.11.2018
17.11.2018