Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Allahşükür Paşazadə Avstriyaya gedib
Tarix: 18.10.2018 | Saat: 13:10:00
Bölmə:Sosial | çapa göndər

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Avstriyanın paytaxtı Vyana şəhərinə səfərə gedib.

QMİ-nin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, səfərdə məqsəd oktyabr ayının 19-da Vyanada keçiriləcək KAİCİİD Dialoq Mərkəzinin Direktorlar Şurasının növbəti - 19-cu sessiyasında iştirak etməkdir.

Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD-in 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini lider A.Paşazadə qatılacağı sessiyanın gündəliyində bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemində mühüm dəyişikliklərlə bağlı, o cümlədən, insani resurslar barədə təqdimat, KAİCİİD idarəetmə strategiyası ətrafında müzakirələrin davam etdirilməsi nəzərdə tutulub.

Toplantının proqramına dinlərarası dialoqa dair beynəlxalq dövlətlərarası koordinasiya məsələləri, həmçinin, G20 çərçivəsində Dinlərarası Forumun inkişaf perspektivləri kimi qlobal əhəmiyyətli məsələlər daxildir.

Səfər oktyabrın 20-dək davam edəcək.

Qeyd edək ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı, İspaniya, Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq hökumətlərarası təşkilatdır. Qurumun əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdir. Qərargahı Vyana şəhərində yerləşir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.11.2018
20.11.2018