Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Elektron növbə sistemi layihəsinin təqdimatı keçirilib
Tarix: 18.10.2018 | Saat: 12:19:00
Bölmə:Sosial | çapa göndər

 Oktyabrın 16-da Dövlət Gömrük Komitəsində  Estoniya mütəxəssisləri tərəfindən hazırlanan və bir sıra ölkələrin sərhədlərində tətbiq edilən “Nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən keçməsinin tənzimlənməsi məqsədilə yaradılan elektron növbə sistemi” layihəsinin təqdimatı keçirilib. 

Qurumdan hafta.az-a verilən məlumata görə, təqdimat mərasimində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Estoniya Respublikasının müvəqqəti işlər vəkili xanım Mariya Tasa, Estoniya-Azərbaycan Ticarət Palatasının sədri xanım  Jana Kumpe və layihəni hazırlayan şirkətin nümayəndəsi Marius Kutateladze, komitə sədrinin müavinləri, baş idarə rəisləri və komitənin əməkdaşları iştirak ediblər.

Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki,  Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi gömrük sistemində də mütərəqqi islahatlar həyata keçirilir və bu islahatların məqsədi, beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılması, daxili istehsalın, ixrac və tranzit potensialının  artırılması, vətəndaş məmnuniyyətinin maksimum səviyyədə təmin olunmasıdır. Bildirilib ki,  gömrük sistemində aparılan və artıq birinci mərhələsi başa çatan islahatlar çərçivəsində informasiya texnologiyalarının tətbiqi hesabına bir sıra innovasiya layihələri həyata keçirilir. Əsas hədəflərdən birinin də gömrük-sərhəd keçid məntəqələrində elektron növbə sisteminin tətbiq olunması hesabına sıxlıqların aradan qaldırılması olduğunu vurğulayan Komitə sədri bu kimi layihələrin ətraflı şəkildə öyrənilərək tətbiq edilməsinin vacibliyini vurğulayıb.

Estoniya Respublikasının müvəqqəti işlər vəkili xanım Mariya Tasa və Estoniya-Azərbaycan Ticarət Palatasının sədri xanım  Jana Kumpe ölkələrimiz arasındakı iqtisadi münasibətlərin hazırkı vəziyyətindən məmnunluqla bəhs edərək  gömrük sahəsindəki əməkdaşlığın da əlaqələrin daha da inkişaf etdirilməsinə şərait yaradacağını bildiriblər.

Daha sonra estoniyalı mütəxəssis Marius Kutateladze tərəfindən “Nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən keçməsinin tənzimlənməsi məqsədilə yaradılan elektron növbə sistemi”nin təqdimatı keçirilib və “Növbələrin idarə olunması” adlı videoçarx nümayiş olunub.

Tədbirin sonunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.04.2019
17.04.2019
Vaşinqton ştatının ən böyük vilayətində Azərbaycanla bağlı təqdimat keçirilib
Əlil arabası ilə təmin olunmaq üçün müraciət proseduru sadələşdirilir
ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşü Vaşinqtonda keçirməyi təklif edib
Pakistanda beş terrorçu öldürülüb
Məşhur sumo güləşçisi Hakuho Monqolustan vətəndaşlığından imtina edəcək
Mingəçevirdə istifadəyə yararsız 400 kq ət aşkar edilib
Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün Biznes təhsili” layihəsinin növbəti kursu başa çatıb
Qanunsuz yolla gətirilən spirtli içki və siqaretlər aşkarlanıb - FOTO
Raket və artilleriya bölmələri döyüş atışları icra edib - TƏLİM
Bakıda baxımsız vəziyyətdə olan üç azyaşlı tapıldı