Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Torpaqların işğaldan azad edilməsi ilə bağlı kifayət qədər hüquqi baza yaradılıb” – Elman Məmmədov
Tarix: 18.10.2018 | Saat: 13:30:00
Bölmə:Siyasət | çapa göndər

“Cənab prezidentimizin apardığı məqsədyönlü, uğurlu siyasətin, işin nəticəsində dünyanın aparıcı dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edirlər. İşğal faktını vurğulayırlar. Deyirlər ki, işğal edilmiş ərazilər Azərbaycana qaytarılmalıdır. Bunu Almaniya da, İtaliya da, İngiltərə də, Amerika da deyir”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Millət vəkilinin sözlərinə görə, Azərbaycan tərəfi ötən illər ərzində torpaqların işğaldan azad edilməsi ilə bağlı kifayət qədər hüquqi baza yaradıb: “Beynəlxalq qurumların işğal faktı və ərazi bütövlüyünün pozulması ilə bağlı rəyləri, bəyanatları, qətnamələri var. Digər tərəfdən, sabah hərbi güc tətbiq edərək ərazilərimizi işğaldan azad etmək üçün fəaliyyətə başlayanda bu məqam bizə çox kömək edəcək. Yəni, müharibə baş verərsə, biz deyəcəyik ki, sizin dedikləriniz əsasında biz bunu edirik. Rusiya ilə Ukrayna arasında baş verənlərdən çox da uzun müddət keçməyib. Amma dünyanın yarısı bu məsələyə görə Rusiyaya qarşı ən ağır sanksiyalar tətbiq edib. Bəs bizim ərazilərimizi 30 ildir işğal altında saxlayan Ermənistana qarşı niyə sanksiyalar tətbiq olunmur?! Burada “xoruzun quyruğu görünür”. Deməli, beynəlxalq qurumlar, həmsədr dövlətlər sözlərində, verdiyi bəyanatlarda səmimi deyillər. Biz onlarla səmimi əməkdaşlıq edirik, səmimi tərəfdaşıq. Amma onlar bizə qarşı riyakarlıq və saxtakarlıqla məşğuldurlar. Ona görə də bütün bunlar rəsmi Bakını təhrik edir ki, Azərbaycan hərbi gücə əl atsın”.

Millət vəkili bildirib ki, hazırda status-kvonu dəyişmək və işğal faktını sona çatdırmaq üçün Azərbaycan alternativ varianta əl atmalıdır: “Bu mövzuda konkret və birmənalı olan fikrimi səsləndirmək istəyirəm; Azərbaycan Dağlıq Qarabağ məsələsini birdəfəlik həll etmək üçün mütləq hərbi gücə əl atmalıdır. Başqa çıxış yolu görmürəm. Ermənistanın əvvəlki rəhbərliyinin də, bu günkü dövlət adamlarının da, başqa siyasətçilərinin də apardığı işlər, verdiyi bəyanatlar, səsləndirdiyi fikirlər, mövqeləri, bütün beynəlxalq normalara olan hörmətsizlikləri, Azərbaycanın ərazi bütövlüyünə günü-gündən artan təcavüzlər bu cür düşünməyə əsas verir. Artıq işğal etdikləri Arazboyu ərazilərdə ermənilər üçüncü yol çəkirlər. Orada qeyri-qanuni məskunlaşmalar aparırlar. Bu proses günbəgün artır. Ermənistan Daxili İşlər Nazirliyinin daxili qoşunlar hissəsi Dağlıq Qarabağa xidmət çəkməyə göndərilir. Hətta bu günlərdə Ermənistanın prezidenti qeyri-qanuni olaraq Dağlıq Qarabağa səfər edib. Bütün bunların hamısı onu göstərir ki, Ermənistan ermənilərinin, Qarabağ ermənilərinin, dünya ermənilərinin işğal etdikləri Azərbaycan torpaqlarından çıxmaq fikirləri yoxdur. Burada beynəlxalq qurumlar, həmsədr dövlətlər, həmsədr olmayan digər ölkələr də bəyan edirlər ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar və buna hörmətlə yanaşırlar. Bir neçə gün əvvəl Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri bəyan etdi ki, problemin həlli üçün işğal edilmiş torpaqlar Azərbaycana geri qaytarılmalıdır. Bunu Amerika da, Rusiya da deyir. Ancaq bu deyilən sözlərin arxasında əməl, fəaliyyət dayanmır”.

Elman Məmmədov deyir ki, biz bu sözləri, bəyanatları artıq 30 ilə yaxındır ki, eşidirik. İndi sual olunur, əgər siz bu fikirdəsinizsə, üstəlik səlahiyyət sahibisinizsə, Birləşmiş Millətlər Təşkilatı, ATƏT olaraq niyə beynəlxalq qanunlara, hüquq normalarına əməl etməyən işğalçı ölkəyə qarşı tələbkar deyilsiniz?! İşğal faktının davam etdirilməsinə görə, işğalçı Ermənistana bu günə kimi cəza tətbiq olunmayıb. Sanksiya tətbiq edilməyib: “Buradan çıxan məntiq ondan ibarətdir ki, həmin ölkələr dedikləri ilə əməllərində səmimi deyillər. Riyakarlıq edirlər. Bizi aldatmağa çalışırlar. Vaxt uzatmaqla məşğuldurlar. Vaxt uzandıqca isə ermənilərin işğal olunmuş ərazilərdə tikib-qurduqlarının sayı artır. Qeyri-qanuni məskunlaşma daha da çoxalır. Onların ümidləri daha da artır. Bütün bunlara görə, bir daha qeyd edirəm ki, biz müharibə yolu ilə torpaqlarımızı düşməndən azad etməliyik. Çünki həmsədr dövlətlərin riyakarlığı, qeyri-səmimiliyi, işğalçı tərəfin, yəni Ermənistanın həyasızlığı, əxlaqsızlığı Azərbaycanı hərbi yola əl atmasına məcbur edir. Başqa çıxış yolu yoxdur. Biri var demək, biri var əməl etmək. Birləşmiş Millətlər Təşkilatı 25 ildir 4 qətnamə qəbul edib. Amma bu qurum 25 il ərzində cırtdan işğalçı dövlətə qarşı heç bir tədbir görməyib. Əslində isə soyqırım törətmiş işğalçı ölkə rəhbərlərinə istədiklərini söyləmək üçün tribuna veriblər”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018