Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Dağlıq Qarabağ probleminin həlli üçün çox böyük işlər görülür” - Gövhər Baxşəliyeva
Tarix: 18.10.2018 | Saat: 16:20:00
Bölmə:Siyasət | çapa göndər

“Azərbaycan dövləti işğal olunmuş ərazilərimizin sülh yolu ilə qaytarılması üçün əlindən gələni edir. Bu istiqamətdə çox yüksək səviyyədə işlər görülür. Amma təssüf ki, bəzi dövlətlər Azərbaycana qarşı, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələlərə ikili standartlarla yanaşır”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Gövhər Baxşəliyeva deyib. Millət vəkili işğal edilmiş torpaqların sülh yolu ilə qaytarılması istiqamətində irəliləyişin olması ilə bağlı hər hansı fikir bildirməyə də çətinlik çəkdiyini söyləyib: “Bu məsələ yalnız öz gücümüz hesabına həll edilə bilər. Allah prezidentimizə can sağlığı versin. Dövlət başçısı ölkəmizi böyük əzmkarlıqla irəli aparır. Hamımız bunun şahidiyik. Cənab prezident ordu quruculuğuna da xüsusi diqqət göstərir. Dağlıq Qarabağ məsələsi çox böyük problemdir. Ümid edirik ki, hər şey bizim üçün yaxşı olacaq. Məsələ tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacaq. Hər halda Dağlıq Qarabağ probleminin həlli üçün çox böyük işlər görülür, hətta deyərdim ki, bundan artığını görmək mümkün deyil”.

Millət vəkili bildirib ki, müharibəyə başlayacağımız təqdirdə diplomatiyamızın və ölkə prezidentinin səyləri nəticəsində Dağlıq Qarabağ məsələsi ilə bağlı bizim lehimizə toplanmış hüquqi baza köməyimizə çata bilər. Ancaq bir şərtlə: “Əgər böyük dövlətlər istəsə, həmin hüquqi baza bizim köməyimizə çata bilər. Beynəlxalq hüquq normaları, işğal faktının aradan qaldırılması ilə bağlı BMT-nin qətnamələri var. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Amma dediyim kimi, ikili standartlar imkan vermir. Böyük dövlətlər istəməsə həmin hüquqi baza da bizim köməyimizə çatmayacaq. Hər halda, tarix boyu bütün itirilmiş torpaqlar silah gücünə geri qaytarılıb. Dövlətlər silah gücünə, qan axıdaraq həmin torpaqları geri qaytarıb. Heç kim, heç bir üçüncü dövlət işğalçıdan işğal etdiyi ərazini geri alaraq sahibinə qaytarmayıb. Bu məsələni həll etmək yalnız özümüzə qalır. Mən belə düşünürəm. Özümüz fədakar olmalıyıq. Böyük itkilərə də hazır olmalıyıq. Əgər biz Qarabağa yenidən qayıtmaq, yenidən o torpaqlarda yaşamaq istəyiriksə, böyükdən uşağa qədər hamımız hər cür fədakarlığa hazır olmalıyıq!”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018