Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan iqisadiyyatı daha da möhkəmlənəcək
Tarix: 19.10.2018 | Saat: 10:30:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Dünya Bankı Azərbaycanda inflyasiyanın səviyyəsinin 3 faizdən aşağı saxlanacağını gözləyir. Trend-in məlumatına əsasən, bu barədə bankın saytında dərc olunmuş məlumatda deyilir.

Qeyd olunur ki, ortamüddətli perspektivdə Azərbaycan iqtisadiyyatı qaz ixracı və ÜDM-in artımının sürətlənməsi nəticəsində möhkəmlənəcək.
Azərbaycanda qeyri-neft sektorunun orta hesabla 2,7 faiz səviyyəsində gözlənilən artımı neftin qiymətinin sabitləşməsinə, bazara inamın artmasına və bank sektorunun fəaliyyətinin yaxşılaşmasına imkan verəcək.
Dünya Bankının 2020-ci ilə olan proqnozuna görə, cari əməliyyatlar hesabının profisiti ÜDM-in 10 faizini təşkil edəcək.
Xatırladaq ki, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6 faiz, 2017-ci ildə isə 12,9 faiz olub.
Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondu (BVF və ya IMF) yaxın illər üçün Azərbaycanda inflyasiya üzrə proqnozu yaxşılaşdırıb. Fondun “World Economic Outlook”un hesabatında deyilir ki, 2018-ci il üçün Azərbaycanda inflyasiya 3,5 faiz, 2019-cu ildə 3,3 faiz, 2023-cü ildə 3 faiz təşkil edəcək. Azərbaycanda inflyasiya MDB regionunda ən aşağı səviyyədə olub.

Qeyd edək ki, aprel ayında BVF Azərbaycanda inflyasiyanın 2018-ci ildə 7 faiz, 2019-cu ildə 6 faiz, 2023-cü ildə 4 faiz təşkil edəcəyini proqnozlaşdırmışdı. Şübhəsiz ki, beynəlxalq maliyyə qurumlarının Azərbaycanla bağlı proqnozlarını yaxşılaşdırması heç də təsadüfü deyil. Belə ki, son illər ölkəmizdə həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının yekunlarına həsr olunan iclasında ölkədə həyata keçirilən islahatlara toxunaraq deyib ki, iqtisadiyyatın rəqabətliliyinin artırılması üçün bundan sonra da fəal addımlar atılacaq: “Bildiyiniz kimi, Azərbaycanın bu sahədəki reytinqləri ən yüksək səviyyədədir. Mən bunu dəfələrlə demişəm və bir daha qürur hissi ilə deyə bilərəm ki, Davos Forumunun hesablamalarına əsasən biz iqtisadi rəqabətliliyə görə dünyada 35-ci yerdəyik. Ancaq onu da bilməliyik ki, biz daha da qabağa getməliyik. Ona görə Davos Forumunun hesabatı tam təhlil edilməlidir və təhlil edilir. Bəzi müddəalar var ki, biz orada geridə qalmışıq. Biz onlara mütləq baxmalıyıq və iqtisadiyyatın rəqabətliliyini daha da artırmalıyıq. Ümumilikdə, 2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atılmışdır. Hesab edirəm, bu ilin doqquz ayının göstəriciləri deməyə əsas verir ki, biz istədiyimizə nail oluruq. İqtisadi göstəricilərə gəldikdə isə deməliyəm ki, bu ilin doqquz ayında bizim iqtisadiyyatımız, yəni, ümumi daxili məhsul 0,8 faiz artmışdır. Qeyri-neft sektorunda artım isə 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artmışdır. Bu göstərici Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir”.

Dövlət başçısı həmçinin vurğulayıb ki, son illərdə kənd təsərrüfatının inkişafına, xüsusilə bölgələrdə məşğulluğun artırılmasına böyük diqqət, qayğı və dəstək göstərilir: “Biz kənd təsərrüfatının ardıcıl artımını görürük. Ümid edirəm ki, növbəti illərdə bu artım daha da böyük olacaq. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb. Hesab edirəm ki, bu da kifayət qədər yaxşı göstəricidir. İnflyasiya cəmi 2,6 faizdir, əhalinin gəlirləri isə 9,5 faizdir. Yəni, gəlirlər inflyasiyanı üstələyir. İnflyasiyanın aşağı səviyyədə olması, il ərzində daha da düşməsi göstərir ki, bizim maliyyə vəziyyətimiz çox sabitdir və makroiqtisadi vəziyyət möhkəmdir. Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulmuşdur. Sevindirici hal ondan ibarətdir ki, bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub. Bu, iqtisadiyyatımızın bundan sonra da şaxələndirilməsinə xidmət göstərəcəkdir. Valyuta ehtiyatlarımız artır. Bu gün bizim valyuta ehtiyatlarımız 45 milyard dollara çatıb. İlin əvvəlindən bəri biz əlavə 3 milyard dollar yığmışıq. Bu, bir daha onu göstərir ki, biz öz vəsaitimizə böyük qənaətlə yanaşırıq. Həm ölkə qarşısında duran vacib məsələləri həll edirik, investisiya layihələrini, infrastruktur layihələrini icra edirik, sosial məsələlərin həllini təmin edirik, eyni zamanda, ehtiyatlarımızı da artırırıq və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Bu, bizim bundan sonra da uğurlu inkişafımız üçün çox önəmli amildir. Doqquz ayda xarici ticarət dövriyyəsi 37 faiz artıb. İxrac da təxminən bir o qədər artıb. Bu da çox müsbət haldır. Qeyri-neft ixracı isə təxminən 14 faiz artıb”.

Dünya Bankının ortamüddətli perspektivdə Azərbaycan iqtisadiyyatının qaz ixracı və ÜDM-in artımının sürətlənməsi nəticəsində möhkəmlənəcəyi barədə proqnozlarının da özünü doğruldacağı gözlənilir. Ekspertlər hesab edirlər ki, 2018-ci il ölkəmizin enerji siyasətinin inkişafı baxımından önəmli il olub. Belə ki, bu ilin may ayında Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışını qeyd edilib. Bundan təxminən bir ay sonra Türkiyədə TANAP layihəsinin açılışı olub. Eyni zamanda,“Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Dövlət başçısı İlham Əliyev də Nazirlər Kabinetinin bu ilin 9 ayının yekunlarına həsr olunan iclasında çıxışı zamanı deyib ki, bu dörd layihənin hamısında çox gözəl nəticələr var: “Bu il biz qaz hasilatımızı artıracağıq, artıq “Şahdəniz-2”dən qaz gəlir. Gələn il, ondan sonrakı illərdə daha da artacaq. Yəni, biz tam hədəfə çatmaq üçün bütün işləri görürük və mənə verilən son məlumatlara görə, Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP layihəsinin icrası ilə bağlı da heç bir problem yoxdur. Cənub Qaz Dəhlizinin uğurla başa çatması bizim üçün yeni imkanlar, yeni üfüqlər açacaq. Biz bir çox ölkələrin bazarlarına öz resurslarımızla çıxacağıq. Ondan sonra bunu nəzərə alaraq, biz o ölkələrdə yeni infrastruktur layihələri icra edə bilərik. Bu barədə danışıqlar gedir və əvvəlcədən bir şey demək istəmirəm. Amma hesab edirəm ki, biz, sadəcə olaraq, digər ölkələrə qazı təchiz edən ölkə kimi yox, ondan sonra qaz təsərrüfatının idarə edilməsi ilə bağlı da məşğul olmaq istəyirik. Bu, səmərəliliyi, gəlirimizi daha da artıracaq və çalışacağımız ölkələrdə də yeni infrastruktur yaradılmasına gətirib çıxaracaq”.

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019