Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Özünü sığorta pulundan ötrü ölülüyə vurdu və... - GÜNÜN TƏZADLARI
Tarix: 18.10.2018 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Çində dəhşətli hadisə qeydə alındı. Hafta.az Ölkə.az-a istinadla xəbər verir ki, sığorta şirkətindən pul ala bilmək üçün özünü ölülüyə vuran şəxsin planları pis nəticələrə səbəb olub. Hadisə Xinhua bölgəsində baş verib. 34 yaşlı He 100 min yuandan çox borcu olduğu üçün özünü avtomobil qəzasında həlak olmuş kimi göstərib. He arvadının sığortadan pul almasını gözlədiyi halda, işlər tamam fərqli məcraya yönəlib. Ərinin planından xəbərsiz olan qadın baş verən faciəyə dözə bilməyib və hadisədən bir neçə gün sonra iki övladı ilə birlikdə intihar edib. Ana və körpələrin meyitləri bir göldə tapılıb. He isə polisə gedərək təslim olub.


Artur Rasizadənin keçmiş müşavirinin kürəkəni güllələndi


Azərbaycanın Baş nazirinin keçmiş müşaviri Musa Məmmədovun kürəkəni, türkiyəli iş adamı Mustafa Erkin Karamana silahlı hücum oldu. Hafta.az-n yazdığına görə, Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamı İstanbulda Beykoz ərazisində maşınında atəşə tutulub. Naməlum şəxs tərəfindən Karamanın “Cip”inə atılan 5 güllədən 2-si ona dəyib. Məlumata görə, biznesmen ərazidən yaralı halda uzaqlaşıb, daha sonra “təcili yardım” vasitəsilə xəstəxanaya yerləşdirilib. Əraziyə xeyli sayda polis cəlb edilib və araşdırmalara başlanılıb. Hadisəni törədən 2 nəfər Türkiyə vaxtı ilə gecə saat 04:00 radələrində tutulub. Onlar cinayəti 1 tapança və 2 ov tüfəngi ilə törədiblər.
Qeyd edək ki, iş adamı Mustafa Erkin Karaman 2012-ci ildə Azərbaycanın Baş nazirinin keçmiş müşaviri Musa Məmmədovun qızı Günel Məmmədova ilə Çırağan Sarayında evlənib. Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə müvəkkili olmuş Musa Salam oğlu Məmmədov 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.


Molla məktəblilərə hədiyyə gətirdi


Rusiyanın Həştərxan vilayətinin Voljskoye kənd məscidinin imamı Farhat-Həzrət Kenjəliyev vilayətin Nərimanov şəhərindəki 1 nömrəli məktəbə növbəti xeyriyyə tədbiri ilə baş çəkdi. Hafta.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, hər il həmin məktəb üçün müxtəlif xeyriyyə aksiyaları təşkil edən din xadimi bu dəfə aztəminatlı ailələrdən olan şagirdlərə hədiyyələr gətirib. Xeyirxahlığı ilə digərlərinə nümunə olan molla məktəblilərə cansağlığı və dərslərində uğurlar diləyib. İmam hesab edir ki, belə aksiyalar şagirdlərə uğurlu təhsil almaları üçün əlavə maddi stimul verməklə yanaşı, gənc nəslin müsəlman mənəvi dəyərlərinə marağının artmasına da kömək edir.


Banka gətirdiyi pulları külək apardı, amma...


Çinin Yançen şəhərində qəfil əsən külək bir çinlinin banka gətirdiyi pulları havaya sovurdu. Hafta.az Musavat.com-a istinadla yazır ki, “South China Morning Post”un verdiyi məlumata görə, Yang Jiavang adlı bir çinli 30 min yuan həcmində məbləği banka gətirir. O, öz elektromotosikletini park etməyə çalışarkən külək əsir və nəzarətsiz qoyulan pulları səki boyunca səpələyir. Jiavangın çığırtısı ətrafdan keçən şəxslərin və bank əməkdaşlarının diqqətini cəlb edir. Yağışın da yağmasına baxmayaraq, onlar küləyin sovurduğu pulları toplaya biliblər. Pulları saydıqdan sonra məlum olur ki, 1 banknot belə olsun, itkin düşməyib.


3 pişik ac-susuz 10 gün maşında gəzdi


Üç pişik heç kəsin gözünə görünmədən maşına girdiyindən, 10 gün boyunca ac-susuz səyahət etmək zorunda qaldı. Hafta.az-ın Musavat.com-a istinadən verdiyi məlumata görə, Kiprdən Böyük Britaniyaya qədər davam edən səfər zamanı pişikləri hərbi gəmilərin birində aşkar ediblər. Dənizçilər maşın pəncərəsindən onlara baxan pişikləri görəndə təəccüb ediblər. Hər kəs pişiklərin sağqalma faktını inanılmaz adlandırıb. Pişiklər aclıqdan qurtulandan sonra müalicə də olunublar. Heyvanlarda hər hansı aqressiya əlamətləri olmayıb. Üç-dörd həftə öncə doğulan pişiklərə Neptun, Sindbad və Qalateya adları qoyulub. Pişiklərin hansı formada maşında yer alması bilinmir. Sürücü bildirib ki, maşını yükləyən vaxt qeyri-adi heç nə görməyib və eşitməyib. Daha sonra pişiklər bir daha veterinar müayinəsindən keçiblər və onlarda hər hansı xəstəlik aşkarlanmayıb. Pişiklər üç ay boyunca karantində saxlanılacaq və xeyriyyə təşkilatları onların sahiblərini tapmağa çalışacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.11.2018
20.11.2018