Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
60 saylı marşrut avtobuslarından şikayət var
Tarix: 18.10.2018 | Saat: 19:45:00
Bölmə:Sosial | çapa göndər

Son vaxtlar paytaxtın müxtəlif istiqamətlərində marşrut xətləri ilə hərəkət edən avtobuslara nəzarət gücləndirilsə də, hələ də bəzi sürücülər öz bildiklərini edirlər. Qrafikə, yol hərəkəti qaydalarına əməl olunmur.

Vətəndaşların ən çox narazılıq etdiyi belə marşrut xətlərindən biri paytaxtın “Koroğlu” metro stansiyasından Bakıxanov və Zığ şosesi istiqaməti ilə hərəkət edən 60 saylı marşrut avtobuslarıdır. Vətəndaşlar bildirirlər ki, onların əsas problemləri saat 20:00-dan sonra başlayır, saatlarla yollarda qalıb, avtobus gözləməkdən beziblər. Sakinlərin şikayəti ilə əlaqədar iki gün müşahidələr apardıq.
“Xalqlar dostluğu” metro stansiyasına gəlib marşrut dayanacağında saat 22:00-a kimi adıçəkilən avtobusu gözlədik. Dayanacaqda 35, 62, 51, 81, 40, 49, 185 saylı marşrut avtobusları davamlı hərəkət etdiyi halda, 60 saylı marşrut xəttinin heç bir avtobusu gəlmirdi. Bu hal müşahidə apardığımız iki gün ərzində təkrarlandı.
Əzizə adlı bir sərnişin şikayətləndi ki, Bakıxanov qəsəbəsi 2 saylı Doğum evinin yanında qalır və axşam saat 20:00-dan sonra, 60 saylı marşrut avtobusları işləmir: «Saatlarla yolda qalırıq. Əlacımız kəsilib başqa marşrutlara minib-gedəcəyimiz ünvandan xeyli aralıda düşüb, 3-4 kilometr yolu piyada qorxa-qorxa gedirik”.

Şamil adlı digər bir sakin də axşamlar işdən gec çıxdığını və saat 20:30-dan sonra sözügedən avtobusun işləmədiyini söylədi. Yağışlı, qarlı və şaxtalı havalarda daha çox əziyyət çəkdiklərini dedi.
Səhər saatlarında adıçəkilən avtobusun bir neçə sürücüsü ilə görüşüb, axşamlar avtobusun işləməməsinin səbəbini soruşduq. Sürücülər nə üçün belə bir vəziyyət yarandığını bilmədiklərini dedilər. 60 saylı marşrutun dispetçeri isə deyilənlərlə razılaşmayıb, avtobusların gecə saat 23:00-a kimi işlədiyini söylədi.
Vətəndaşlar məsələ ilə bağlı ölçü götürülməsini tələb edirlər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018