Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan Türkiyəyə sərmayə qoyan ölkələr arasında 5-ci sıradadır - EKSPERT
Tarix: 20.10.2018 | Saat: 11:15:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Bu gün Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik olan ölkə hesab edilir. Bunun nəticəsidir ki, ölkə daxili ilə yanaşı, həm də ölkə xaricində yatırılan investisiyaların coğrafiyası sürətlə genişlənməkdədir. Belə ki, Azərbaycan qonşu ölkələr, o cümlədən, MDB dövlətləri ilə yanaşı, Avropa Birliyi ölkələrində və uzaq Amerika qitəsində müxtəlif investisiya layihələri həyata keçirir.

İndiyədək Azərbaycan dövlətinin xaricdə reallaşdırdığı layihələrin böyük hissəsi isə Türkiyə və Gürcüstanın payına düşüb. Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin sentyabrın 3-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə çıxışı zamanı Azərbaycanın xaricdə həyata keçirdiyi investisiya layihələrinə toxunaraq deyib ki, Azərbaycan qardaş ölkələrə böyük investisiyalar qoyur, ilk növbədə, Türkiyəyə: "Son illərdə Türkiyə iqtisadiyyatına 14 milyard dollar sərmayə qoyulub və Türkiyə də Azərbaycana təxminən bu qədər sərmayə qoyub. Bizim Türkiyəyə sərmayələrimizin həcmi yaxın illərdə 20 milyard dollara çatacaq. Bu, bizim dostluğumuzu, qardaşlığımızı əks etdirir, eyni zamanda, Türkiyənin çox böyük iqtisadi potensialını göstərir”.

Yeri gəlmişkən, Azərbaycanın xaricdə, o cümlədən Tükiyədə ən böyük sərmayə qoyuluşlarından biri “Star” layihəsidir. Hər iki ölkə rəhbərlərinin bu gün açılışında iştirak etdiyi “Star” Neft Emalı Zavodunun Azərbaycana böyük gəlir gətirəcəyi proqnozlaşdırılır. Belə ki, Azərbaycan bu zavoda çox böyük sərmayə - 6 milyard dollardan çox vəsait qoyub. Hesablamalara əsasən, biz oradan hər il yüz milyonlarla dollar gəlir götürəcəyik. Neft emalı zavodunun ümumi gücü 10 milyon ton təşkil edir. Zavodun əsas xammal tədarükçüsü kimi SOCAR çıxış edəcək. Zavodun istehsal edəcəyi, təqribən, 1,6 milyon ton nafta Türkiyədə neft-kimya sənayesinin xarici ölkələrdən xammal asılılığını azaldacaq, dizel və aviasiya yanacağı cari hesab defisitinin azalmasına yardım edəcək və neft-kimya sənayesi məhsulları üçün xammal rolunu oynayacaq. Burada ildə 4,7 milyon ton dizel, 1,6 milyon ton təyyarə yanacağı, 320 min ton LPG, 1,6 milyon ton nafta, 690 min ton neft koksu, 159 min ton kükürd və digər məhsullar istehsal olunacaq. Müəssisədə əsasən “Ural”, “Azeri Light” və “Kərkük” neft növləri emal ediləcək. Müəssisə, artıq 2019-cu ildən etibarən tam gücü ilə fəaliyyətə başlamağı planlaşdırır. Zavodda 1100 nəfər daimi işlə təmin olunacaq.

Mövzu ilə bağlı fikirlərini hafta.az-a bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov da deyib ki, “Star” Azərbaycanın xaricdə, o cümlədən Türkiyədə ən böyük sərmayə qoyuluşlarından biridir: “Ümumiyyətlə, Azərbaycan Türkiyəyə sərmayə qoyan ölkələr arasında 5-ci sıradadır. Əgər əvvəllər Türkiyə Azərbaycan üçün aparıcı investorlardan biri idisə, bu gün Azərbaycan qardaş ölkə üçün eyni rolu oynayır. Bu baxımdan, Türkiyə iqtisadiyyatına investisiya həm də iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Tərəflərin strateji olaraq əməkdaşlığı daha əlverişli zəmində genişləndirməsinə imkan verir. ”Star" zavodunun istifadəyə verilməsi bu əməkdaşlığı daha da gücləndirəcək. Digər tərəfdən bu zavoda sərmayə Azərbaycanın ciddi iqtisadi gəlirlər əldə etməsinə gətirib çıxaracaq. Hətta lirənin ciddi dəyərsizləşməsi ehtimalında belə ”Star" zavodu gəlirliliyini saxlamaq imkanındadır. Əldə olunacaq gəlirlərdə valyuta riskini qorunacaq. Zavodun işə düşməsi SOCAR-ın və Azərbaycan dövlətinin gəlirini artıracaq. Bu gəlirlərdən səmərəli istifadə olunması, onların yenidən gəlirli sahələrə yatırılması ölkəmiz üçün böyük faydalar verəcək".

Mövzu ilə bağlı fikirlərini açıqlayan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, SOCAR ümumiyyətlə layihəyə 6,3 milyard dollar sərmayə yatırıb: “ “Star” Neft Emalı zavodu indiyə kaimi Azərbaycanın xaricdə qoyduğu ən böyük sərmayədir. Yəni, bütün pullar Azərbaycana məxsudur. 1,4 milyard dollar Dövlət Neft Fondunun vəsaitidir. 2,9 milyard SOCAR tərəfindən kredit kimi götürülüb. Qalan pullar isə SOCAR xətti ilə Azərbaycan tərəfindən təmin edilib. Qeyd edim ki, Azərbaycan bundan əvvəl “Petkim”ə 2,04 milyard dollar sərmayə yatırmışdı. Hesab edirəm ki, SOCAR-ın bu addımını yetərincə uğurla saymaq olar. Çünki bu, SOCAR-ın Türkiyə bazarına əsaslı yerləşməsi deməkdir. Şirkət qoyduğu sərmayəni çıxardıqdan sonra, ildə 500 milyon dollar gəlir əldə edəcək ki, həmin pulların önəmli hissəsi vergi kimi büdcəyə yönələcək. Dövlət Neft Fondu vəsaitlərinin bu zavoda yönəldilməsi Azərbaycanın neft gəlirlərinin gələcək nəsillər üçün qorunması işinə xidmət edir. Təbii ki, Neft Fondu uzun illər öz səhmlərindən dividend əldə edəcək”.

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018