Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan qlobal təhlükəsizliyə böyük töhfə verir
Tarix: 19.10.2018 | Saat: 23:54:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında “Azərbaycan dövlətinin xarici siyasəti Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışı kontekstində” mövzusunda tədbir keçirilib.

Bilik Fondundan hafta.az-a bildirilib ki, UNEC-in Zaqatala filialının direktoru, professor Orucəli Rzayev mövzunun böyük əhəmiyyətə malik olduğunu deyib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan xarici siyasətin mahiyyətinin əhaliyə dolğun çatdırılmasının vacibliyini vurğulayıb.

Bilik Fondunun sektor müdiri Rauf Həsənov dinamik inkişafın nəticəsində Azərbaycanın siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevrildiyini, ölkəmizin beynəlxalq aləmdə nüfuzlu və etibarlı dövlət kimi tanındığını diqqətə çatdırıb.

Respublikamızın ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında olduğunu vurğulayan R.Həsənov Azərbaycanın qlobal təhlükəsizliyə də böyük töhfə verdiyini söyləyib.

Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdiri, Bilik Fondunun lektorlar qrupunun üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu mühazirəsində xarici siyasətin prioritetlərindən danışıb, ərazi bütövlüyünün təmin olunmasını əsas vəzifə kimi xarakterizə edib. Bildirilib ki, dünya dövlətləri ilə bərabərhüquqlu münasibətlər quran Azərbaycan dövlətlərin bir-birinin daxili işlərinə qarışmaması prinsipini yürüdür.

E.Mirbəşir ölkəmizin Rusiya ilə ticarət dövriyyəsinin sürətlə genişləndiyini, dövlətimizin başçısının bu ilin əvvəlində Brüsseldə Avropa İttifaqı rəhbərliyi ilə konstruktiv görüşlər keçirdiyini, Azərbaycanın antiterror koalisiyasında layiqincə təmsil olunduğunu deyib. Azərbaycanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini xatırladan natiq bildirib ki, ölkəmiz regionun nəqliyyat coğrafiyasını müəyyənləşdirib, İran və Rusiya ilə Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində fəal əməkdaşlıq qurub, Xəzərin hüququ statusunun müəyyənləşməsi zamanı respublikamızın maraqları tam nəzərə alınıb. Bakı-Tbilisi-Qars dəmir yol xətti çəkilib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi çərçivəsində rəsmi Bakının siyasi potensialı əhəmiyyətli dərəcədə güclənib.

Sonda “Dövlət müstəqilliyimiz ən böyük sərvətimizdir” mövzusunda videoçarx nümayiş olunub.



Bölməyə aid digər xəbərlər
13.11.2018 Sabah qaz olmayacaq

Xəbərə şərh yaz
14.11.2018
13.11.2018
12.11.2018