Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
STAR zavodu Azərbaycan və Türkiyə dostluğunun sarsılmaz gücünün göstəricisidir - Millət vəkili
Tarix: 20.10.2018 | Saat: 14:24:00
Bölmə:Siyasət | çapa göndər

Kompleksin işə salınmasının böyük siyasi əhəmiyyəti vardır. Bu Azərbaycan və Türkiyə dostluğunun sarsılmaz gücünün göstəricisidir. Bu iki qardaş ölkənin regionun iqtisadi xəritəsnin dəyişmək imkanında olduğunu və daima bir olacaqlarını sübut edir.

Hafta.az xəbər verir ki, bu fikirləri millət vəkili Aydın Mirzəzadə səsləndirib. 

Onun sözlərinə görə, STAR-ın təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Zavodu “Técnicas Reunidas” (İspaniya), “Saipem” (İtaliya), “GS Engineering & Construction Corp” (Cənubi Koreya) və “Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.

Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür.

STAR əsas payı SOCAR-a məxsus Türkiyənin yeganə neft-kimya kompleksi olan “Petkim”i xammalla təmin edəcək, Türkiyənin idxalını 1,5 mlrd. dollar azaldacaq. Müəssisə Türkiyənin neft məhsullarına olan tələbatının 25%-dən çoxunu təmin edəcək.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018