Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Qəbələ” və “Qarabağ” qalib gəldi
Tarix: 20.10.2018 | Saat: 21:00:00
Bölmə:İdman | çapa göndər

Topaz Premyer Liqada 8-ci tura start verilib.

Hafta.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.

Son vaxtlar uğursuz çıxışları ilə yadda qalan “Qəbələ” öz meydanında lider “Neftçi”ni qəbul edib. Görüş "qırmızı-qaralar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, "Neftç"nin mövsümdə ilk məğlubiyyətidir.

Günün ikinci oyununda isə çempion “Qarabağ” “Səbail”i qəbul edib. Oyun ağdamlıların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Turun qalan qarşılaşmaları sabah baş tutacaq.

Topaz Premyer Liqası, 8-ci tur

“Qəbələ” – “Neftçi” - 3:1
Qollar: Ceyms Adeniyi, 14 (1:0), Steven Monroz, 57 (2:0), Ceyms Adeniyi, 77 (3:0), Karikari, 90+4 (3:1)
Qırmızı vərəqə: Təmkin Xəlilzadə, 67 (2-ci sarı vərəqə, "Qəbələ")
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Ziya Nəsirov
Qəbələ şəhər stadionu

“Qarabağ” – “Səbail” - 1:0
Qol: Abdullah Zubir, 62
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev
“Azersun Arena"

21 oktyabr (bazar)

17:00.“Sumqayıt” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Səbuhi Bayramov
“Dalğa Arena”

19:00.“Keşlə” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Kamal Umudlu
“ASK Arena”



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.11.2018
20.11.2018