Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Məktəblərdə cinsi tərbiyə dərsi tədris olunacaq - VİDEO
Tarix: 22.10.2018 | Saat: 11:58:00
Bölmə:Sosial Video | çapa göndər

Üç ildir pilot layihə kimi orta məktəblərdə keçirilən cinsi tərbiyə dərsinin bu ildən ölkə üzrə tam tətbiqinə başlanacaq.

Hafta.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, məqsəd demoqrafik vəziyyəti qorumaq, infeksyon xəstəliklərin qarşısını almaq üçün reproduktiv sağlamlıq haqqında gənclərin biliklərinin artırılmasına nail olmaqdır. 

Səhiyyə Nazirliynin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və islahatlar şöbəsinin nümayəndəsi Nabil Seyidov hesab edir ki, bu dərsin tədrisinə ciddi ehtiyac var. 

Nabil Seyidovun sözlərinə görə, reproduktiv sağlamlıq üzrə xüsusi təlimlər gənclərin düzgün, mənəvi və sağlam formalaşmasında əhəmiyyətli rol oynayacaq. Tədris vəsaitini "Biologiya" və "Həyat bilgisi" müəllimləri tədris edəcək. 6-cı sinifdən başlayaraq tədris olunan reproduktiv sağlamlıq haqqında dərsə ümumilikdə 8 saat ayrılıb.

 Vətəndaşlar da cinsi tərbiyə dərslinin tədrisinin şagirdlərə faydası olacağını düşünürlər. 

Kitab yoxlanılması və tədrisi üçün Təhsil Nazirliyinə təqdim olunub. Dərsliyin hazırlanmasında nazirliyin məsləhətçiləri, ekspertləri və Səhiyyə Nazirliyinin məsləhətçiləri - pediatr, psixoloq və ginekoloqlar iştirak ediblər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018