Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Zəhərlənərək ölən iranlı dənizçilərin cəsədləri təhvil verilib - Nazirlik
Tarix: 22.10.2018 | Saat: 10:21:00
Bölmə:Hadisə | çapa göndər

Bir neçə gün əvvəl İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində baş vermiş zəhərlənmə nəticəsində ölən şəxslərin meyitləri öz ölkələrinə göndərilib.

Bu barədə hafta.az-a İranın Azərbaycandakı səfirliyindən məlumat veriblər.

Səfirlikdən bildiriblər ki, “Nazmehr” quru yük gəmisində zəhərlənmə nəticəsində dünyasını dəyişən 3 nəfər, Əkbər Mənsumi Kərim (1989), Seyid Murtuza Mirhüseyn (1986), Səccad Səyyad Feriydundur (1990) meyitləri ötən gecə İrana, öz ailələrinə göndərilib.

Səfirlik qeyd edib ki, gəmidə zəhərlənən digər 8 nəfər isə hələ Azərbaycanı tərk etməyiblər. “Nazmehr” gəmisi də Xəzərin Azərbaycan sularındadır.

Xatırladak ki, oktyabrın 19-da gecə saat 03 radələrində Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində heyət üzvlərindən 12-si zəhərlənib. Hadisə nəticəsində 3 nəfər ölüb, 8 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018