Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Star” zavodunun açılışı iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşməsi deməkdir” - Fikrət Yusifov
Tarix: 22.10.2018 | Saat: 11:35:00
Bölmə:Siyasət | çapa göndər

“Azərbaycan – Türkiyə əlaqələri özünün ən çiçəklənən dövrünü yaşayır. Bu da tam təbiidir. Bu gün bir millət iki dövlət olan bu iki qardaş ölkələr bir-birinin ərazisində istənilən səviyyədə yatırımlar edirlər. Bu tək ortada olan inamdan, etibardan irəli gəlmir. Sadəcə olaraq, burada hər iki tərəf bu yatırımlara öz ölkəsinə edirmiş yatırımlar kimi yanaşır. Elə bu səbəbdəndir ki, Azərbaycanın qardaş ölkəyə yatırımlarının ümumi həcmi artıq 20 milyard ABŞ dollarına yaxınlaşır. Bu da hələ son deyil. Türkiyə tərəfi də Azərbaycana 13 milyard dollara qədər yatrımlar edib və bu prosses hər iki tərəfdən davam edir”.

Bunu hafta.az-a açıqlamasında keçmiş maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov oktyabrın 19-da Türkiyənin Əliağa rayonunda açılışı edilən “Star” Neft Emalı Zavodunun iki ölkə arasında əlaqələrə müsbət təsir imkanlarından danışarkən bildirib. Fikrət Yusifov deyib ki, “Star Rafeneri” zavodunun bu günlərdə baş tutmuş açılışı iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşməsi deməkdir. Ekspertin fikrincə zavodun fəaliyyəti hər iki ölkənin iqtisadiyyatına böyük fayda verəcək: “Zavodda ildə 1,6 mln. ton nafta, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 700 min ton neft koksu, 400 min ton qarışıq ksilol, 160 min ton kükürd, 500 min ton reformat istehsal olunacaq. “Star Rafineri” əsas payı SOCAR-a məxsus olan Türkiyənin yeganə neft-kimya kompleksi sayılan "Petkim"i xammalla təmin edəcək. Türkiyə bazarında getdikcə artan dizel və təyyarə yanacağı tələbatının bir hissəsi də zavodda istehsal olunacaq. Bir sözlə tam gücü ilə işləyəcək zavod Türkiyənin neft idxalını 1,5 milyard dollar azaldacaq. Onun neft məhsullarına olan tələbatının 25%-dən çoxunu təmin edəcək”.

Fikrət Yusifovun sözlərinə görə, bu gün Azərbaycan Türkiyə münasibətləri dünya ölkələrinin əksəriyyətinin bir-birinə savaş açdığı bir dönəmdə tək qardaşlıq deyil - həm də yaxşı regional əməkdaşlıq nümunəsidir: “Bu münasibətlərin getdikcə daha da dərinləşməsindən daha çox əndişələnən yaramaz ermənilərdir. Onlar hər iki ölkənin bu qədər yaxınlaşmasının və güclənməsinin nə vaxtsa Ermənistanı diz üstə qoyacağını yaxşı anlayırlar. Kölgəsində yatdıqları “qaya” da bir gün bu harınların xəyanətlərini həzm etməkdən vaz keçəcək. Elə buna görə də bölgədə Azərbaycan-Türkiyə qardaşlığının əsasında formalaşan iqtisadi güc və qüdrət sonda ən böyük söz sahibi olacaq. Bu kimi meqa layihələr təbii ki, bölgənin enerji xəritəsinin müəyyən olunmasında Azərbaycanı və Türkiyən önə çıxarır. İndi Azərbaycan və Türkiyə üzərindən Avropaya və dünyanın başqa bölgələrinə çatdırılan neft və qaz hər iki ölkənin siyasi çəkisini də kifayət qədər artırır. Bu uğura birgə imza atmaq isə hər iki ölkə üçün qürurverici bir haldır. Hesab edirəm ki, Türkiyə və Azərbaycan qarşıdakı dönəmlərdə bundan heç də az əhəmiyyət kəsb etməyən və bütün dünyaya səs salan daha böyük transmilli layihələrə imza atacaqlar”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.11.2018
17.11.2018