Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Eldar Əzizov sahibsiz itlərlə bağlı göstəriş verdi
Tarix: 22.10.2018 | Saat: 12:36:00
Bölmə:Sosial | çapa göndər

Son zamanlar Bakı şəhərində və xüsusilə də şəhərətrafı kəndlərdə sahibsiz itlərin sayı həddən artıq çoxalıb. İnsanların sahibsiz heyvanların hücumuna məruz qalması, xüsusilə azyaşlıların itlər tərəfindən dişlənməsi halları artmaqdadır.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən hafta.az-a verilən məlumatına görə, ötən il 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib ki, onlardan da 13 mini it tutması olub.

Hafta.az modern.az-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının səlahiyyətlərini icra edən Eldar Əzizov insanları narahat edən sahibsiz küçə heyvanları ilə bağlı göstəriş verib və hazırda bu istiqamətdə kompleks tədbirlər görülür.


Eldar Əzizovun Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındakı, sahibsiz heyvanlarla mübarizəyə cavabdeh olan Sanitariya və Texniki təmizlik İdarəsinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı verdiyi göstərişin məhz bu tədbirlərin bir hissəsi olduğu və sahibsiz heyvanlarla bağlı mübarizə üçün yeni struktur hazırlandığı bildirilir. Bunun üçün "Heydər Əliyev Fondunun və BŞİH-in birgə layihəsinə əsasən, Balaxanı qəsəbəsindəki sahibsiz itlər üçün sığınacaq mərkəzində yenidənqurma işləri aparılır. İşlər çərçivəsində yeni laboratoriyanın qurulması, xüsusi təyinatlı maşınlar, itlərə keyidici iynələrin vurulmasında istifadə ediləcək güllələrin, eyni zamanda, işçilər üçün xüsusi geyimlər alınması nəzərdə tutulur.


Yeni strukturun fəaliyyətə başlamasından sonra sahibsiz küçə itlərinin sayının əhəmiyyətli dərəcədə azalacağı gözlənilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018