Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gələn ilin büdcəsində hərbi xərclər artırılır
Tarix: 22.10.2018 | Saat: 12:48:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın 2019-cu il üçün nəzərdə tutulmuş müdafiə xərclərinin həcmi məlum olub.

Modern.az saytının məlumatına görə, bu barədə "2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Sənəddə göstərilib ki, 2019-cu il dövlət büdcəsinin müdafiə sektoru üzrə xərcləri 3 milyard 37 milyon manat proqnozlaşdırılır.

Xatırladaq ki, 2018-ci il dövlət büdcəsinin müdafiə sektoru üzrə xərcləri 2.905.221.836 manat olub.

Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018