Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Bu həcmdə investisiyaları ancaq qardaş ölkələr bir-birlərinə yatıra bilər” – Azər Badamov
Tarix: 22.10.2018 | Saat: 13:56:00
Bölmə:Siyasət | çapa göndər

“Oktyabrın 19-da cənab prezident İlham Əliyevlə Türkiyə Respublikasının dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə İzmir şəhərinin Əliağa rayonunda “Star” Neft Emalı Zavodunun açılışı oldu. Bu zavod Türkiyənin 30 illik tarixi ərzində ən böyük investisiya layihəsidir. Bu layihə həm də Avropa, Şimali Afrika, uzaq Şərq üzrə ən böyük neft email zavodu hesab olunur. Zavodun açılışının həm iqtisadi, həm də siyasi cəhətdən əhəmiyyəti böyükdür”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. “Star” Neft Emalı Zavodunun açılışını iki ölkə arasındakı əlaqələrin yeni mərhələsi kimi qiymətləndirən millət vəkili bildirib ki, Azərbaycan üçün adıçəkilən zavodun iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də böyük siyasi əhəmiyyəti var: “Siyasi əhəmiyyəti odur ki, zavodun inşası üçün Azərbaycanın 6,5 milyard dollar sərmayə yatırması ümummili liderimiz Heydər Əliyevin bir millət-iki dövlət amalı artıq fikirdə deyil, əməldə öz əksini tapır. Bu həcmdə investisiyaları ancaq qardaş ölkələr bir-birlərinə yatıra bilər: “Bu investisiyanın yatırılması bird daha onu göstərdi ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətləri möhkəmdir, sarsılmazdır. “Star” Neft Emalı Zavodunun açılışında Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Dağlıq Qarabağ ərazisi uzun müddətdir ki, Ermənistanın işğalı altındadır. O, təəssüflə qeyd etdi ki, dünya birliyi işğal faktına görə qətiyyətli mövqe sərgiləmir və susur. Bununla barışmaq olmaz. Cənab Ərdoğan bildirdi ki, dərhal Azərbaycan torpaqları işğaldan azad olunmalıdır. Bu bir daha qardaş Türkiyənin Azərbaycana dəstəyidir. Həmişə çətin dövrdə və yaxşı gündə Azərbaycan Türkiyənin, Türkiyə də Azərbaycanın yanında olub”.

Millət vəkili onu da qeyd edib ki, bu gün Azərbaycanın Türkiyəyə yatırdığı investisiyanın həcmi 20 milyard dollar çatıb. Azər Badamovun sözlərinə görə, bu faktor iqtisadi cəhətdən regionda təhlükəsizlik baxımından da önəmlidir və böyük əhəmiyyət kəsb edir: “Çünki barmaqlar birləşəndə yumruğa çevrilir və onun qüvvəsinin təsir gücü daha da artır. Bu gün Azərbaycanla Türkiyə də regionda bir yumruğa çevrilib. Regionda təsir gücü də çox böyükdür. Bütün layihələr Azərbaycan-Türkiyə birgə qardaşlıq münasibətləri əsasında həyata keçirilir. Bu vaxta qədər Azərbaycan böyük layihələrə imza atıb. Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi, Bakı-Tiflis-Ərzurum qaz, Bakı-Tiflis-Ceyhan neft kəmərlərinin çəkilişi, eləcə də Cənub Qaz Dəhlizi layihəsinin gerçəkləşməsi, sonuncu layihə ilə bağlı bu yöndə son tamamlama işinin aparılması Azərbaycan və Türkiyə qardaşlığının, birgə səylərin nəticəsində mümkün olub. Azərbaycan hazırda öz beynəlxalq enerji layihələri ilə qitələri birləşdirən dövlətə çevrilib. Bu cür layihələrdən gəlirlərin fonunda meydanda güclü Azərbaycan və Türkiyə var. Bu gün iki qardaş ölkə iqtisadi cəhətdən bir-biri ilə sıx əməkdaşlıq edir və dünya arenalarında birgə mövqe sərgiləyirlər”.

Millət vəkili bildirib ki, Star Neft Emalı Zavodu həm Türkiyə, həm də Azərbaycan üçün böyük iqtisadi imkanlar açacaq. Bu baxımdan da adıçəkilən layihənin əhəmiyyəti çox böyükdür: “Türkiyə üçün əhəmiyyəti ondan ibarətdir ki, qardaş ölkə bu gün neft məhsullarınıxaricdən idxal olunur və asılı vəziyyətdədir. Artıq bu zavodun Azərbaycanın gücü ilə ərsəyə gəlməsi Türkiyənin neft məhsullarına görə xaricdən asılılığını 25 faiz aradan qaldıracaq. Maye qazın 70 faizi bu zavodda istehsal olunacaq. İl ərzində bu zavodda 10,8 milyon ton neft emal ediləcək.Star Neft Emalı Zavodu qardaş ölkəyə böyük mənfəət qazandıracaq bir layihədir. Həm də bu zavodda 1100 nəfər insan işləyəcək. Həm iş yerlərinin yaradılması, həm də iqtisadi baxımdan bu layihənin böyük əhəmiyyəti var. Bu layihə Azərbaycan iqtisadiyyatı üçün də gəlir mənbəyidir. Çünki bu investisiya layihəsidir. Əgər biz 6,3 milyard dollar yaxın bu layihəyə investisiya qoymuşuqsa, biz bu layihənin işə düşməsindən sonra gələn gəlirlərin həcmi on milyardlarla dollar olacaq. İqtisadi gücümüz artacaq, ölkəmiz iqtisadi cəhətdən daha güclü dövlətə çevriləcək”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018