Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Velisoped qəzasında danışıq dilini itirən qız
Tarix: 22.10.2018 | Saat: 14:17:00
Bölmə:Maraqlı | çapa göndər

Üç il əvvəl Hannah Cenkinsin başına gələn qəribə hadisə bu gün dünya mətbuatının diqqətindədir. Məlum olub ki, bu qız adi velisoped qəzasında dil qabiliyyətini itirib. 

Hafta.az BBC-yə istinadən yazır ki, Hannah səhərlər ingiliscə, günortalar isə almanca danışır. Bu rejimi öz istəyi ilə seçməsə də, beyni ondan bunu tələb edir. Hər şey bir velosiped qəzasından sonra başlayıb. Onun partnyoru Andrev Vild ABŞ-ın Montana ştatında bir dağa dırmanan zaman Hannahdan qəribə bir mesaj alır. O, yalnız iki sözü oxumağı bacarır - "it" və "xəstəxana" - lakin dərhal hiss edir ki, nə isə baş verib. Mesajın mətni alman dilində idi. Hannah bu dildə danışaraq böyüyüb, amma Andrev almanca bilmirdi. Onlar bir-biri ilə yalnız ingiliscə danışırdılar.

O zaman Hannah evində, İngiltərənin Berkşir əyalətinin Vokingham şəhərində qalmışdı və qurduğu it təlimi biznesini idarə edirdi. Andrev isə bir beynəlxalq atıcılıq yarışı üçün ABŞ-da təlimdə idi.

O, Hannahın mobil telefonuna zəng vursa da düşə bilmir, narahat olur və Berkşirdə yerləşən xəstəxanalara zəng vurmaq qərarına gəlir. Lakin məlumat ala bilmir, aeroporta yollanır.

Andrevə həmin mesajı göndərməmişdən bir gün əvvəl Hannah evlərinin yaxınlığındakı bir parkda velosiped sürürmüş. Parkı yaxşı tanımağına baxmayaraq, o, döngədə digər velosipedçi ilə toqquşur. Özü çox şey xatırlamasa da, digər velosipedçi onu yerdə hərəkətsiz və yaralı görüb, təcili yardım çağırır. Digər velospiedçi yardım gələnə qədər gözləyir, həkimlərə velosipedini saatda 32 kilometrdən artıq sürətlə idarə etmədiyini deyir və başqa heç bir məlumat vermədən uzaqlaşır.

Onun sağ qalması möcüzə kimi görünürdü. Nəhayət ki, Hannah Royal Berkşir hospitalına gətirilir. Özünə gəldikdən sonra isə harada olduğunu, nə baş verdiyini, eləcə də danışılan dili anlamırdı. "Elə bilirdim xarici ölkədə ayılmışam və insanların niyə anlamadığım dildə danışdığını başa düşə bilmirdim". Həkimlər onunla yad dildə danışırdılar. Nəhayət ki, o, doğru sandığı "ad" və "doğum tarixi" məlumatlarını xatırlayır və yaxınlaşan hər kəsə deyir. Həmin anda edə biləcəyi ən doğru şeyin bu olduğunu düşünürdü. Həkimlər isə Hannahın sənədlərində Birləşmiş Krallıqda (BK) yaşadığı və işlədiyini göstərən məlumatlardan təəccüblənirlər. Onlar bilirdilər ki, xəstənin adı Hannah Cenkinsdir. Bununla belə, o, ingiliscə anlamır və danışmırdı. Onlar Hannahın bacısı Marqaretə zəng vururlar. Beləliklə, Marqaret Hannahla danışmaq istəyir. Bu müddətdə xəstəxana çarpayısında oturub heç nə anlamayan Hannah, nəhayət ki, onunla eyni dili danışan biri ilə söhbət edirdi. Bu, həkimləri təəccübləndirir, çünki Hannah indiyədək yalnız qəribə, anlaşılmaz sözlər deyirdi. Görünür ki, qəza Hannahın ingilis dili biliyini yaddaşından silib, uşaq ikən öyrəndiyi alman dili isə qalmışdı. Bacısı ilə də almanca danışırdı. 

Məsləhətçi neyrocərrah və Headvay adlı beyin zədəsi üzrə xeyriyyə cəmiyyətinin qəyyumu Kolin Şieffə görə, Hannah ikinci dil itkisi adlanan bir hadisəni yaşayırdı. "Beynimiz çox həssasdır və kompüteri pozmaq qabiliyyətində olan istənilən şey bizim danışdığımız dilə də təsir göstərə bilər", o deyir. "Spesifik zədənin alman isimləri və ya ingilis qrammatikasını unutmamıza səbəb olduğunu sübut edən bir alqoritm mövcud deyil, lakin bu baş verir". Onun sözlərinə əsasən, adətən, yaddaşdan itməyən şeylər uşaqlıqda əldə edilən bacarıqlar olur. Adətən "əbədi kök salan bir şey" heç vaxt yaddan çıxmır, amma ilk unudulan şeylər sonradan öyrənilən bacarıqlar olur, - neyrocərrah deyir.

Toqquşmanın fiziki təsiri çox az idi - zədələnmiş qıç və ağrıyan çiyin. Buna görə də Hannah bir neçə gündən sonra xəstəxanadan buraxılır. Lakin o, tərcüməçiliyini edən bacısı vasitəsilə öyrənir ki, beyin zədəsi kifayət qədər ciddidir və yaxşılaşması üçün illər lazım ola bilər. O, evə qayıdır və Andrevi gözləyir.

Cütlük 8 ildir ki, bir yerdə yaşayırmış. Lakin artıq Hannah Andrevi başa düşmürdü və Andrevin məktəbdən xatırladığı almanca da çox işə yaramırdı. Onlar özlərindən əl işarələri və işarə dili fikirləşirlər. Vaxt keçdikcə, Hannahın yazılı ingilis dili danışıqdan daha tez inkişaf edir. "Bir-birimizi başa düşməyən zaman biz əlacı yazmaq və bir-birimizə, eyni otaqda olmağımıza baxmayaraq, mesaj, yaxud da elektron məktub göndərməkdə tapdıq. "Andrevlə münasibətim əvvəlki kimi deyildi, çünki danışa bilmirdim və buna səbəb yorğunluq və ya təzyiq altında olmaq deyildi. Çətin başa gələn vəziyyətdə səbirli qala bilmək çox ağırdır. Amma Andrevsiz heç nəyə nail ola bilməzdim".

Andrev Hannaha kömək olmaq üçün işindən 18 aylıq ödənişli yaradıcılıq məzuniyyəti götürüb. Hannah yavaş-yavaş ingiliscəsini yaxşılaşdırır, lakin bir şey üç il keçməsinə baxmayaraq, hələ də düzəlməyib. "Səhərlər hər şey yaxşı olur, amma günortalar yorğunluq çökür və mən almanca düşünməyə başlayıram. Özüm üçün almanca kiçik qeydlər edirəm və beynimin ünsiyyətlə məşğul olan hissəsini demək olar işlətmirəm ki, axşam partnyorum evə gələndə rahat danışa bilim" deyir Hannah.

Hannahda bir necə "incə fərqlər" hiss olunur: əvvəlki qədər səbirli deyil və buna görə də biznesini dayandırmalı olub. "İşimin arxasında dayanan nəzəriyyəni unutdum, reaksiyalarım daha yavaş idi və insanlara doğru məsləhət vermək üçün kifayət qədər səbirli deyildim" deyib. 

2015-ci ilin bir oktyabr günü başına gələn qəza Hannahın həyatını, dilini və şəxsiyyətini dəyişsə də, o, buna alışmağı öyrənə bilib. "Beynimdə özümü bu cür qəbul etməyə məcburam. Yenidən özümü özüm kimi hiss edə bildiyimə görə xoşbəxtəm. Yeni mən ilə həyatımı davam etməmək üçün heç bir səbəb görmürəm" o deyib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018
12.11.2018