Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həkimlər körpənin ürəyini dayandıraraq əməliyyat ediblər - FOTO
Tarix: 22.10.2018 | Saat: 15:17:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan Tibb Universitetində (ATU) anadangəlmə ürək qüsuru olan körpə uğurla əməliyyat olunub.

ATU-dan hafta.az-a verilən məlumata görə, əməliyyat Daun sindromlu, ürəyində 2 ədəd qulaqcıqarası çəpər defekti, 1 ədəd geniş mədəcikarası çəpər defekti olan 10 aylıq 7 kq çəkisi olan körpə üzərində aparılıb.

Əməliyyatı icra edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq ürək cərrahı Ramal Həsənov bildirib ki, bu qüsur hələ uşaq ana bətnində ikən ürək çəpərinin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalması səbəbindən yaranır: “Uşaq doğulduqdan sonra Pediatrik kardioloqumuz dr.Elşən Rzayevin nəzarəti altında olub. Uşaq medikamentoz müalicə ilə 10 aya qədər təqibimizdə saxlandıqdan sonra artıq ürək boşluqlarında genişlənmənin başlanması, təngənəfəslik və çəki ala bilməməsi səbəbindən əməliyyat qərarı verdik”.

Bütün zəruri müayinələr icra edildikdən sonra Anesteziologiya şöbəsinin müdiri dr. Cavid Paşayev tərəfindən uşaq əməliyyat üçün hazırlanıb.

2 saat davam edən əməliyyat zamanı ürəyin sağ qulaqcığına və aortaya yerləşdirdiyimiz pediatrik kanyullar vasitəsilə bədəndəki bütün venoz qanı süni ürək-ağciyər aparatına verilib və oksigenlənmiş qan geri qaytarılıb: “Uşağın bədən temperaturunu 32 dərəcəyədək soyudub, ürəyi dayandırdıq. Ürəyin sağ qulaqcığında kiçik bir kəsik edərək hər 3 defekti buradan bioloji material vasitəsilə bərpa etdikdən sonra ürəyi yenidən çalışdırmağa başladıq. Uşağı süni ürək-ağciyər aparatından ayırdıq və əməliyyatı başa çatdırdıq. Reanimasiyada 1 gecəlik təqibdən sonra 3 gün palata şəraitində izlədik. 4-cü postoperativ gün evə buraxdıq. Bu əməliyyatı icra etməkdə mənə dəstək olan başda şöbə müdirimiz Mirəli Məcidova, ürək-damar cərrahı Elçin İsmayılova və peşəkar orta tibb personalı heyətimizə təşəkkürümü bildirirəm”.

Həkim ürək qüsurlarından xəbər verən bəzi əlamətlərə - göyərmə, təngənəfəslik, yenidoğulmuşlarda qidalanma çətinliyi, çəki ala bilməmək kimi əlamətlərə sahib olan uşaqlara ciddi yanaşmağı və pediatrik kardioloji müayinədən keçirməyi məsləhət görür. Bəzi ürək qüsurları simptomsuz keçsə də, bir müddət sonra ürək çatışmazlığı əlamətləri ilə qarşımıza çıxır.

Odur ki, bütün uşaqların (xüsusilə də sindromlu olanların) doğulduqdan sonrakı ilk günlərdə pediatrik kardioloqun müayinəsindən keçməsi zəruridir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018