Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Star Neft Emalı zavodu ümumtürk maraqlarımızın təmin olunduğu ciddi layihədir” – Zəlimxan Məmmədli
Tarix: 23.10.2018 | Saat: 11:19:00
Bölmə:Siyasət | çapa göndər

“Türkiyə və Azərbaycanı yaxınlaşdıran, ortaq edən ixtiyari layihəni dəstəkləyirəm. STAR strateji əhəmiyyətli layihə olmaqla hər iki dövlətin və bütövlükdə regionun təhlükəsizlik layihələrindən biridir”.

Bunu hafta.az-a açıqlamasında “Borçalı” İctimai Cəmiyyətinin sədri, ekspert Zəlimxan Məmmədli deyib. Zəlimxan Məmmədlinin sözlərinə görə, “Star” Neft Emalı Zavodunun açılışı təqdirəlayiq hadisədir: “Biz zaman-zaman Türkiyə ilə Azərbaycana bir millət-iki dövlət deyirik. Hətta sözün yaxşı mənasında bu şüarı istismar da edirik. Bütün hallarda, türk dünyasında bir qalxınma var. Müxtəlif layihələr həyata keçirilir. Türk dövlətləri ayrı-ayrı zamanlarda hər hansı siyasi, daha ciddi qurum yaratmaq, bu qurumda birləşmək iddialarını gizlətmirlər. Bu çox normaldır və bizim xəyal etdiyimiz bir proses gedir. Amma mənə elə gəlir ki, Türkiyə ilə Azərbaycan burada əsas mərkəzdir. Avropa ilə daha yaxın məsafədə yerləşməklə Qərbin də müəyyən təhlükəsizlik məsələlərində rol oynamaq imkanları var. Yəni, ola bilər ki, bu iki qütblə -Qərblə Türk düynası arasında müəyyən problemlər var, bu mənada Avropa ilə Türkiyənin, Azərbaycanın münasibətlərinin normallaşması çox önəmlidir. Bu mənada Azərbaycanla Türkiyənin “Star” neft Emalı Zavodu kimi iqtisadi bir layihədə bir yerdə olması Avropaya ortaq kimi nələrisə təklif etmək imkanları qazandırır. İki dövləti yaxınlaşdırır, iki dövlətin siyasi sistemini bir masa arxasında otuzdurur. Hər iki dövlətin siyasi sistemi bunu təqdir edir”.

Zəlixan Məmmədlinin fikrincə, eyni zamanda, burada hər iki dövlətin iqtisadi gəlirləri var. “Star” neft Emalı Zavodunun açılması yeni iş yerləri deməkdir: “Bu da müsbət iqtisadi tendensiya anlamına gəlir. Hazırda Türkiyə siyasi cəhətdən mürəkkəb bir dönəm yaşayır. Mənə elə gəlir ki, Türkiyənin hazırda yürütdüyü siyasət uzaq strateji hədəflərə hesablanıb. Bu nüans türk dövlətlərinin bir araya gəlməsi və Avropa ilə bir masa arxasına oturmasına gətirib çıxaracaq. Bu baxımdan Rusiya və İranın basqıları fonunda kövrək görünən Azərbaycanın həmin basqılardan sığortalanmasının yolu həmin layihədə yer almasıdır. Artıq biz eyni amalları bölüşən dövlətlərə çevrilirik. Yəni, bir millət-iki dövlət amili yaxın dövlətlər statusuna qədəm qoyur. Bu baxımdan belə layihələrin həyata keçirilməsi Azərbaycanın, Azərbaycanla Türkiyənin ortaq təhlükəsizliyi, o cümlədən, Qafqazın gələcəkdə separatçı yuvalardan təmizlənməsi və Bakı ilə Ankaranın ortaq layihələri Qafqazda birliyin, bərabərliyin təminatı baxımından önəmlidir. O cümlədən, bu cür layihələr ölkəmizin milli maraqlarının təmin olunması, konkret olaraq, Dağlıq Qarabağ probleminin Türkiyənin himayəsi ilə daha ədalətli şəkildə həll edilməsi üçün əlavə imkanlar yaradır. Bütün hallarda mən bunu təqdir edirəm. Hər halda, Türkiyə ilə Azərbaycanı yaxınlaşdıran ixtiyari bir layihə daha böyük strateji hədəflərə aparır. Bunu təqdir etmək bizim borcumuzdur. Bunu tarix də sübut edir. Tarix boyu bizə hər zaman bir qardaş dövlət əl uzadıb. Hazırda Azərbaycanın, onun paytaxtının işğaldan azad edilməsinin 100 illiyini yaşayırıq. Türkiyənin təhlükəsizliyinin yanında Azərbaycan, Azərbaycanın təhlükəsizliyinin yanında Türkiyə dayanıb. Dünya da bunu qəbul etmək məcburiyyətində qalıb. Star Neft Emalı zavodu milli maraqlarımızın, ümumtürk maraqlarımızın təmin olunduğu ciddi bir layihədir. Gələcəkdə bundan güclü layihələr də işlənə bilər. Amma “Star” Neft Emalı Zavodu çox ciddi siyasi, iqtisadi, strateji yüklü bir layihədir. Hər bir dövlətçi təfəkkürlü insan bunu təqdir etməlidir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018