Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bu ölkədə türklərə şəkər satışı qadağan edildi - GÜNÜN TƏZADLARI
Tarix: 22.10.2018 | Saat: 18:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Çinin Sincan - Uyğur muxtar regionunun hakimiyyəti türk müsəlman əhalisinin şəkər istehlakına ciddi qadağalar qoydu. Hafta.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, hazırda müsəlman uyğurlar polisin icazəsi olmadan şəkər, qənd ala bilmirlər. Çin kommunist rejiminin belə rəzil, qəddar və anlaşılmaz qərarı haqqında jurnalistlərə Sincanda işləməyə və yaşamağa davam etməyin mümkün olmaması səbəbi ilə Çini tərk edən emiqrant qadın danışıb. Uyğur qadın Sincanda çörəkbişirmə sexi işlədib. Lakin lazımi miqdarda şəkər ala bilməməsi ucbatından müəssisəni bağlamaq məcburiyyətində qalıb. Anormal qərara əsasən, şəkər almaq istəyən hər bir müsəlman türk alıcı pasportunu və polisin möhürlədiyi xüsusi arayışı göstərməlidir. Daha çox rəzillik ondadır ki, həmin arayış hər bir uyğura da verilmir, xüsusilə qohumları "yenidən tərbiyəolunma düşərgələri”ndə olan və ya təhlükəsizlik işçilərinin "qara siyahı”sına düşən türklər, yəni müsəlmanlığını, türklüyünü qorumağa çalışan uyğurlar şəkər, qənd üzü görə bilməz. İcazə arayışı olan müsəlmanlara isə yalnız bir neçə yüz qram rafinə olunmuş qənd satılır. Sosial şəbəkələrdə yayılan ayrı-ayrı fərziyyələr arasında şəkərdən partlayıcı maddələrin istehsalında istifadə oluna bilməsi ehtimalı da Sincanda şəkər istehlakının məhdudlaşdırılması səbəbi kimi göstərilir. Bu isə Çin hökumətinin müsəlman uyğur türklərinə birbaşa terrorçu qismində baxması ilə əsaslandırılır...


Gənc qız prezidentin yolunu kəsdi


Gənc qız Belarus Prezidenti Aleksandr Lukaşenkonun kortejinə yol verməyərək onun hərəkətinə maneçilik törətdi. Hafta.az Avropa.info-ya istinadla xəbər verir ki, hadisə oktyabrın 20-də Belarusun Qrodno şəhərində baş verib. Belə ki, gənc qız prezident kartejinə yol verməkdən imtina edərək yolu keçib. Baş verən hadisə videoqeydiyyata düşüb. Qız işıqforda yaşıl işıqda və zolaqlı piyada keçidindən keçir. Onun qarşısından prezident kartejini müşayiət edən ilk polis maşını keçir. Buna baxmayaraq, qız yol vermədən yolu keçməyə çalışır. Bununla da gənc qız karvanda hərəkət edən digər avomobillərin hərəkətinə maneçilik yaradır. Qızın bu hərəkətinə kartejdə olan sürücülərdən biri senzuradankənar ifadələr işlədir.


Azərbaycanda körpənin ürəyi dayandırılaraq əməliyyat edildi


Azərbaycan Tibb Universitetində (ATU) anadangəlmə ürək qüsuru olan körpənin ürəyi dayandırılmaqla əməliyyat olundu. Hafta.az yazır ki, ATU-nun Mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, əməliyyat Daun sindromlu, ürəyində 2 ədəd qulaqcıqarası çəpər defekti, 1 ədəd geniş mədəcikarası çəpər defekti olan 10 aylıq 7 kq çəkisi olan körpə üzərində aparılıb. Əməliyyatı icra edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq ürək cərrahı Ramal Həsənov bildirib ki, bu qüsur hələ uşaq ana bətnindəykən ürək çəpərinin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalması səbəbindən yaranır: “...Uşaq medikamentoz müalicə ilə 10 aya qədər təqibimizdə saxlandıqdan sonra artıq ürək boşluqlarında genişlənmənin başlanması, təngnəfəslik və çəki ala bilməməsi səbəbindən əməliyyat qərarı verdik”. İki saat davam edən əməliyyat zamanı ürəyin sağ qulaqcığına və aortaya yerləşdirdiyimiz pediatrik kanyullar vasitəsilə bədəndəki bütün venoz qanı süni ürək-ağciyər aparatına verilib və oksigenlənmiş qan geri qaytarılıb. Uşağın bədən temperaturu 32 dərəcəyədək soyudulub, ürəyi dayandırılıb. Ürəyin sağ qulaqcığında kiçik bir kəsik edərək hər üç defekti buradan bioloji material vasitəsilə bərpa etdikdən sonra ürəyi yenidən çalışdırılıb. Uşaq süni ürək-ağ ciyər aparatından ayrılaraq əməliyyat başa çatdırılıb.


Ayaqqabısını çıxarmaq istəyən gözəl öldü


Amerikanın Los-Anceles şəhərində keçmiş gözəllik kraliçası dünyasını dəyişdi. Hafta.az Musavat.com-a istinadla yazır ki, bu barədə lenta.ru saytı xəbər yayıb. Yana Lavrentyeva rəfiqələri ilə birlikdə iştirak etdiyi ad günündən qayıdarkən piyada keçidində dayanıb və ayaqqabılarını çıxarmaq istəyib. Bu zaman onu yüksək sürətlə qırmızı işıqdan keçən bir maşın vurub.“Biz olduqca güclü bir zərbə eşitdik. Maşın onu göyə qaldırdı, sonra sürücü təkrar vurdu və hətta əyləcə belə basmadı”, - bunu da Lavrentyevanın rəfiqəsi deyib. Zərərçəkmişi olduqca kritik durumda xəstəxanaya çatdırsalar da, həkimlər onu xilas edə bilməyiblər. Bir neçə gün sonra o, aldığı zədələrdən dünyasını dəyişib.
Sürücü hadisə yerindən qaçıb. Polis müşahidə kamerası tərəfindən çəkilən kadrları yayımlayıb və ümid edir ki, qadını öldürən maşının kimə məxsus olduğu tezliklə aşkarlanacaq. Ölənin yaxınları və qohumları qəzanı törədən sürücüyə media vasitəsilə müraciət edərək, onun təslim olmasını istəyiblər.


Bakıda kafelərin birində qadağan olunmuş heyvan əti verildi


Paytaxt kafelərinin birində müştərilərə oxatan kirpi əti verildiyi bəlli oldu. Hafta.az yazır ki, bu haqda “Xəzər TV” reportaj yayımlayıb. Olayı təsdiq edən video müştərilər tərəfindən çəkilərək “YouTube” portalına yüklənib. Görüntülərdə onlar kirpi kababının dadlı olduğunu deyirlər. Bundan başqa, elə video çəkənlər tərəfindən oxatan kirpi ətinin payız aylarında yeyilməsi də tövsiyə edilir. Restoran adminstratorunun sözlərinə görə, həmin videogörüntü xeyli müddət əvvəl çəkilib. Restorana kirpi əti isə ovçular tərəfindən gətirilib. Qeyd edək ki, oxatan kirpinin ovlanması qadağandır və nəsli kəsilmək üzrə olduğundan, onun adı “Qırmızı kitab”a salınıb. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, ölkədə oxatan kirpi kimi canlıların nəsli kəsilməkdə olduğundan, onların ovlanması artıq 10 ilə yaxındır, qadağandır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018